ABŞ Dövlət katibi Entoni Blinken rəsmi Vaşinqtonun Əfqanıstandakı diplomatik nümayəndəliklərinin işini dayandırdığını və bu nümayəndəliyi Qətərə köçürdüyünü bildirib.
Bu barədə Reuters agentliyi məlumat yayıb.
Katibin sözlərinə görə, bundna sonra Əfqanıstanla bağlı diplomatik işlər Qətərdən həyata keçiriləcək.
Qeyd edək ki, ABŞ hərbçilərini daşıyan son təyyarədə bu ölkənin Əfqanıstandakı səfiri də Kabili tərk edib. ABŞ qüvvələri Kabil hava limanını tərk edən zaman buradakı bütün hərbi texnikaları o cümlədən havadan müdafiə sistemlərini sıradan çxıarıblar.