banner6

İslamın Sesi | islaminsesi.biz

Suriya ordusu ilə radikal qruplaşmalar arasında atışma, ölənlər var

 

31 Avqust 2021 09:19
Suriya ordusu ilə radikal qruplaşmalar arasında atışma, ölənlər var

Suriya Ordusu ölkənin Dəra əyalətinin Dəra əl-Bələd şəhərində atəşkəsi pozan radikal qruplaşmaların mövqelərinə artileriya zərbələri endirib.

Bu barədə əl-Məyadin məlumat yayıb. 

Məlumata bildirilir ki, terrorçular açdığı atəş nəticəsində Suriya ordusunun 4 hərbçisi həlak olub.

Qeyd edək ki, bundan öncə radikal qruplaşmaların 40 nəfərdən ibarət daha bir qrupu bölgəni tərk edərək, İdlibə getməyə razılıq vermişdilər. Suriya hökuməti silahlıların bölgəni şimala doğru tərk etmələrini tələb edir. Rusiyanın vasitəçiliyi ilə baş tutan bu razılaşma ötən gündən pozulub.