banner6

İslamın Sesi | islaminsesi.biz

İran Livana gedən neft tankerləri ilə bağlı İsrailə xəbərdarlıq etdi

 

31 Avqust 2021 08:58
İran Livana gedən neft tankerləri ilə bağlı İsrailə xəbərdarlıq etdi

İran Livana tətbiq olunan sanskiyalardan sonra ölkəyə göndərdiyi bir neçə neft tankerləri ilə bağlı İsrailə xəbərdarlıq edib.

Mehr agentliyinin məlumatına görə, İran Parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Əbulfəz Əmuyi bildirib ki, İran gəmilərinə qarşı İsrailin hər hansı bir axmaq addımı həm İranın həm də Livanın birgə cavabı ilə üzləşəcək.

Qeyd edək ki, otən gün İran İslam Resıpublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə ABŞ-ın Livana bir neçə neft tankerinin göndərilməsi ilə bağlı etirazlarına da münasibət bildirib.

Xatırladaq ki, Hizbullah lideri Həsən Nəsrullah ciddi yanacaq qıtlığı ilə üzləşmiş və ABŞ sanksiyalarına məruz qalan Livana neftin İrandan gətiriləcəyini bildirib. Həsən Nəsrullah bildirib ki, İrandan Livan istiqamətində iki neft tankeri yola düşüb və üçüncü də doldurulmaqdadır.