banner6

İslamın Sesi | islaminsesi.biz

Ali məktəblərin bakalavriat səviyyəsinə qəbul üçün ixtisas seçiminin vaxtı uzadılıb

 

31 Avqust 2021 08:29
Ali məktəblərin bakalavriat səviyyəsinə qəbul üçün ixtisas seçiminin vaxtı uzadılıb

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı uzadılıb.

İxtisas seçimi avqustun 31-i saat 11:00-da başa çatacaq.

I-V ixtisas qrupları üzrə 60 298 elektron ərizə təsdiq edilib. Bunlardan 18640- I qrup üzrə, 13 191-i II qrup, 17 051-i III qrup, 4 912 ərizə isə IV qrup üzrədir.

V qrup üzrə ərizə təqdim edənlərin sayı isə 9 010-dur.

Qeyd edək ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.