banner6

İslamın Sesi | islaminsesi.biz

‘Hər gün Aşura, hər yer Kərbəladır!’

 

19 Avqust 2021 08:34
‘Hər gün Aşura, hər yer Kərbəladır!’

İmam Rza (ə):

مَنْ كانَ يَوْمُ عاشورا يَوْمَ مُصيبَتِهِ وَ حُزْنِهِ وَ بُكائِهِ جَعَلَ اللّهُ عَزّوَجَلّ يَوْمَ القيامَةِ يَوْمَ فَرَحِهِ وَ سُرُورِهِ

“Aşura günü hər kimə müsibət, hüzn və ağlamaq günü olarsa, Allah-Taala Qiyamət gününü onun üçün sevinc və şadlıq günü qərar verər.”

Bu gün hicri təqvimi ilə Məhərrəm ayının 10-u 1442-ci ildir. Aşura günü İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə haqq uğrunda şəhadətə yetişdiyi gün kimi İslam tarixinə faciəvi, eyni zamanda qürurverici hadisə kimi daxil olub. İmam Hüseyn əleyhissalamın xatirəsinin, Kərbəla müsibətinin nəsillərin yaddaşında yaşadılması imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq naminə şəhidlik məktəbinin ən bariz nümunəsi və əbədi təcəssümüdür.

Müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadağan edildiyi aylardandır. Lakin təəssüflər olsun ki, bu ayın onuncu, yəni, Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi gün kimi daxil olub.

Kərbəla hadisəsi miladi təqvimlə 680-ci ildə (hicri 61, Məhərrəm ayının 10-da) Aşura günündə Əhli-beyt imamların 3-cüsü İmam Hüseyin (ə) 57 yaşında Kərbəlada 72 sadiq tərəftarı ilə birlikdə günorta namazından sonra yezidilər tərəfindən şəhid edilir. 

İmam Hüseynin Kərbəlada şəhadəti İslam tarixi baxımından çox əhəmiyyətli və ibrətamiz hadisədir.

Aşura hadisəsində Müaviyə oğlu Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) nəvəsi və səhabəsi İmam Hüseyn (ə), o Həzrətin digər səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb. Bununla yanaşı, İmamın (ə) İlahi qiyamı haqq-ədalət naminə şəhadəti bəşəriyyət və insanlıq üçün mənəvi kamillik, dirçəliş nümunəsidir.

İmam Hüseyin (ə) Məkkədən çıxandan şəhid edilənədək qiyamının məqsədinin dünyəvi mövqe və məqamlara çatmaq üçün deyildi. Əksinə məqsəd dini nişanələri qorumaq, Yezidin dinsiz, əxlaqsız hökumətini rüsvay etmək, əmr be maruf, nəhy əz münkər, zalım və zülmkarlara müqavimət göstərmək, həqiqi İslam dinini yaşatmaq və Qurani-Kərimi dəstəkləməkdən başqa bir şey olmadığını bildirib.

İmam Səccad (ə) buyurur: "Aşura günü İmam Hüseynin (ə) işi çətinləşdiyi zaman, ətrafdakılar gördülər ki, hər kəsin üzünün rəngi qaçdığı və hamı qorxduğu halda İmam (ə) və onun xas tərəfdarlarının siması nur saçır, canları dincdir, qəlbləri hər an daha da aramlaşır." Bəziləri digərlərinə deyirdi: "Onlara nəzər salın, ölümdən qorxuları yoxdur." Bu zaman İmam (ə) buyurdu:

صَبْراً بَنِي الْكِرَامِ، فَمَا الْمَوْتُ إِلَّا قَنْطَرَةٌ يَعْبُرُ بِكُمْ عَنِ الْبُؤْسِ وَ الضَّرَّاءِ إِلَى الْجِنَانِ الْوَاسِطَةِ وَ النَّعِيمِ الدَّائِمَةِ، فَأَيُّكُمْ يَكْرَهُ أَنْ يَنْتَقِلَ مِنْ سِجْنٍ إِلَى قَصْ، وَ مَا هُوَ لِأَعْدَائِكُمْ إِلَّا كَمَنْ يَنْتَقِلُ مِنْ قَصْرٍ إِلَى سِجْنٍ وَ عَذَابٍ، إِنَّ أَبِي حَدَّثَنِي عَنْ رَسُولِ اللَّهِ ( صلى الله عليه و آله): أَنَّ الدُّنْيَا سِجْنُ الْمُؤْمِنِ وَ جَنَّةُ الْكَافِرِ، وَ الْمَوْتُ جِسْرُ هَؤُلَاءِ إِلَى جِنَانِهِمْ، وَ جِسْرُ هَؤُلَاءِ إِلَى جَحِيمِهِمْ

 

“Ey böyük şəxsiyyət olaraq doğulanlar! Səbirli olun! Ölüm yalnız sizi çətinliklərdən geniş olan cənnətlər və əbədi nemətlərə doğu aparan bir körpüdür. Sizlərdən hansı biri zindandan qəsrə köçmək istəməz? Amma ölüm düşmənləriniz üçün saraydan zindana və şiddətli əzaba doğru getməkdən başqa, digər bir şey deyil. Atam Allah Rəsulunun (s) belə buyurduğunu nəql etmişdir: "Dünya möminin zindanı və kafirin Cənnətidir. Ölüm möminləri Cənnətə, kafirləri isə Cəhənnəmə aparan körpüdür."

Sonra İmam (ə) sözlərinə belə əlavə etdi:

مَا كَذَبْتُ وَ لَا كُذِبْتُ

"Vədə olunmuş an gəlib çatdı. Nə yalan demişəm, nə də mənə yalan deyilib!" 

Ölümə təbəssüm etmək, şəhadət astanasında simaların parlaq olması və həyatın son anlarında qəlblərin aramlığı yalnız Məşuqla görüşmək şövqündə olan, dünyanı zindan və qəfəs hesab edən kəslərin xüsusiyyətləridir. Şəhadət Allahın razılığı yolunda onun (qəfəsin) qapılarını açır və şəhidləri Allaha yaxın səmanın ən yüksək yerlərinə yüksəldir.

Bəli, məhbus insan öz azadlığı ərəfəsində bir yerdə qərar tuta bilmir və şövqlə qarışıq olan aramlıqla zindanı tərk edir. Qəfəsin içindən çölə çıxaraq Cənnətdə yer tutur və şadlıq nəğmələri söyləyir. Bəli, Allahın xas övliya və dostlarının halı belədir!

İmam Hüseynin şəhadəti münasibəti ilə bütün İslam dünyası və əhli-beyt aşiqlərinə baş sağlığı veririk.

Aşura günün əməlləri:

1. “Aşura” günü imam Hüseynin (ə) və vəfalı dostlarının şəhadət, imamların və şiələrin matəm və hüzn günüdür. Yaxşı olar ki, şiələr həmin günü dünya işləri ilə deyil, rövzə, növhə və mərsiyə deyib matəm saxlamaqla məşğul olsunlar. İmam Rzadan (ə) belə nəql olunur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət hacətlərini rəva edər. Hər kəs bu günü imam Hüseynə (ə) matəm saxlayıb ağlasa, Allah-Taala qiyamətdə həmin günü onun üçün fərəh və sevinc günü qərar verər, behiştdə gözlərini bizimlə işıqlandırar. Hər kəs “Aşura” gününü bərəkət günü adlandırsa və həmin gün evində bir şey zəxirə etsə (qazanıb saxlasa), Allah-Taala zəxirə etdiyi (qazandığı) malı onun üçün bərəkətli etməz... Belə isə, insan “Aşura” günü dünya ilə bağlı heç bir iş görməsin, öz əziz övladının və qohum-əqrəbasına matəm saxlayıb ağladığı kimi, imam Hüseynə (ə) də matəm saxlayıb ağlamaqla məşğul olsun.”

2. İmam Hüseyni (ə) “Aşura” ziyarətnaməsini oxumaqla ziyarət etmək;

3. Aşura günü imam Hüseynin (ə) qatillərinə çoxlu lənət demək və o həzrətin matəminə görə şiələrin bir-birinə başsağlığı verib “İmam Hüseynin (ə) müsibətinə görə Allah sizə əcr versin!” – kimi ibarələri dilə gətirmək tövsiyə olunur.

4. İmam Hüseynin (ə) əzadarlarına, məxsusən zəvvarlarına su vermək;

5. “İxlas” surəsini təkrar-təkrar oxumaq;

6. Dörd rükət namaz qılmaq;

7. “Aşura” günü oruc niyyəti etmədən, axşamçağına qədər yeyib-içməkdən çəkinmək daha yaxşı olar. Günortadan sonra iftar etmək istədikdə, ləzzətli-dadlı yeməklər deyil, qatıq, süd və bu kimi sadə yeməklər yeyilsin. Əllamə Məclisi “Zadul-məad” kitabında yazır: “Yaxşı olar ki, “Tasua” və “Aşura” günləri oruc tutulmasın. Çünki Əməvilər sülaləsi bu iki gündə o həzrətin qətlə yetirildiyinə görə sevinərək oruc tutur, həmin günlərin fəziləti ilə bağlı saxta hədislər qondararaq Peyğəmbəri-Əkrəmə (s) nisbət verirdilər. Əhli-beyt (ə) vasitəsilə nəql olunan bir çox rəvayətlərdə həmin iki gündə, xüsusilə, “Aşura” günündə oruc tutmaq məzəmmət edilmişdir. İmam Rzadan (ə) belə nəql olunur: “Aşura günü oruc niyyəti etmədən (günortaya qədər) yemək-içməkdən çəkinsin. Günortadan sonra su şərbəti ilə iftar etsin və günün hamısını oruc qalmasın.” Əlbəttə, “nəzir” kimi vacib oruc müstəsnadır.

8. “Varis” ziyarətnaməsini oxumaq. Ziyarətnamənin mətni belədir:

السَّلامُ عَلَيْكَ يَا وَارِثَ آدَمَ صَفْوَةِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ نُوحٍ نَبِيِّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ إِبْرَاهِيمَ خَلِيلِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُوسَى كَلِيمِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عِيسَى رُوحِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ مُحَمَّدٍ حَبِيبِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ عَلِيٍّ أَمِيرِ الْمُؤْمِنِينَ وَلِيِّ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا وَارِثَ الْحَسَنِ الشَّهِيدِ سِبْطِ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ رَسُولِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا ابْنَ الْبَشِيرِ النَّذِيرِ وَ ابْنَ سَيِّدِ الْوَصِيِّينَ السَّلامُ عَلَيْكَ يَا ابْنَ فَاطِمَةَ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكَ يَا أَبَا عَبْدِ اللَّهِ السَّلامُ عَلَيْكَ يَا خِيَرَةَ اللَّهِ وَ ابْنَ خِيَرَتِهِ السَّلامُ عَلَيْكَ يَا ثَارَ اللَّهِ وَ ابْنَ ثَارِهِ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْوِتْرُ الْمَوْتُورُ السَّلامُ عَلَيْكَ أَيُّهَا الْإِمَامُ الْهَادِي الزَّكِيُّ وَ عَلَى أَرْوَاحٍ حَلَّتْ بِفِنَائِكَ وَ أَقَامَتْ فِي جِوَارِكَ وَ وَفَدَتْ مَعَ زُوَّارِكَ السَّلامُ عَلَيْكَ مِنِّي مَا بَقِيتُ وَ بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ فَلَقَدْ عَظُمَتْ بِكَ الرَّزِيَّةُ وَ جَلَّ الْمُصَابُ فِي الْمُؤْمِنِينَ وَ الْمُسْلِمِينَ وَ فِي أَهْلِ السَّمَاوَاتِ أَجْمَعِينَ وَ فِي سُكَّانِ الْأَرَضِينَ فَاِنَّا لِلَّهِ وَ اِنَّا إِلَيْهِ رَاجِعُونَ وَ صَلَوَاتُ اللَّهِ وَ بَرَكَاتُهُ وَ تَحِيَّاتُهُ عَلَيْكَ وَ عَلَى آبَائِكَ الطَّاهِرِينَ الطَّيِّبِينَ الْمُنْتَجَبِينَ وَ عَلَى ذَرَارِيِّهِمُ الْهُدَاةِ الْمَهْدِيِّينَ السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ وَ عَلَيْهِمْ وَ عَلَى رُوحِكَ وَ عَلَى أَرْوَاحِهِمْ وَ عَلَى تُرْبَتِكَ وَ عَلَى تُرْبَتِهِمْ اللَّهُمَّ لَقِّهِمْ رَحْمَةً وَ رِضْوَانا وَ رَوْحا وَ رَيْحَانا السَّلامُ عَلَيْكَ يَا مَوْلايَ يَا أَبَا عَبْدِ اللَّهِ يَا ابْنَ خَاتَمِ النَّبِيِّينَ وَ يَا ابْنَ سَيِّدِ الْوَصِيِّينَ وَ يَا ابْنَ سَيِّدَةِ نِسَاءِ الْعَالَمِينَ السَّلامُ عَلَيْكَ يَا شَهِيدُ يَا ابْنَ الشَّهِيدِ يَا أَخَ الشَّهِيدِ يَا أَبَا الشُّهَدَاءِ اللَّهُمَّ بَلِّغْهُ عَنِّي فِي هَذِهِ السَّاعَةِ وَ فِي هَذَا الْيَوْمِ وَ فِي هَذَا الْوَقْتِ وَ فِي كُلِّ وَقْتٍ تَحِيَّةً كَثِيرَةً وَ سَلاما سَلامُ اللَّهِ عَلَيْكَ وَ رَحْمَةُ اللَّهِ وَ بَرَكَاتُهُ يَا ابْنَ سَيِّدِ الْعَالَمِينَ وَ عَلَى الْمُسْتَشْهَدِينَ مَعَكَ سَلاما مُتَّصِلا مَا اتَّصَلَ اللَّيْلُ وَ النَّهَارُ السَّلامُ عَلَى الْحُسَيْنِ بْنِ عَلِيٍّ الشَّهِيدِ السَّلامُ عَلَى عَلِيِّ بْنِ الْحُسَيْنِ الشَّهِيدِ السَّلامُ عَلَى الْعَبَّاسِ بْنِ أَمِيرِ الْمُؤْمِنِينَ الشَّهِيدِ السَّلامُ عَلَى الشُّهَدَاءِ مِنْ وُلْدِ أَمِيرِ الْمُؤْمِنِينَ السَّلامُ عَلَى الشُّهَدَاءِ مِنْ وُلْدِ الْحَسَنِ السَّلامُ عَلَى الشُّهَدَاءِ مِنْ وُلْدِ الْحُسَيْنِ السَّلامُ عَلَى الشُّهَدَاءِ مِنْ وُلْدِ جَعْفَرٍ وَ عَقِيلٍ السَّلامُ عَلَى كُلِّ مُسْتَشْهَدٍ مَعَهُمْ مِنَ الْمُؤْمِنِينَ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ بَلِّغْهُمْ عَنِّي تَحِيَّةً كَثِيرَةً وَ سَلاما السَّلامُ عَلَيْكَ يَا رَسُولَ اللَّهِ أَحْسَنَ اللَّهُ لَكَ الْعَزَاءَ فِي وَلَدِكَ الْحُسَيْنِ السَّلامُ عَلَيْكِ يَا فَاطِمَةُ أَحْسَنَ اللَّهُ لَكِ الْعَزَاءَ فِي وَلَدِكِ الْحُسَيْنِ السَّلامُ عَلَيْكَ يَا أَمِيرَ الْمُؤْمِنِينَ أَحْسَنَ اللَّهُ لَكَ الْعَزَاءَ فِي وَلَدِكَ الْحُسَيْنِ السَّلامُ عَلَيْكَ يَا أَبَا مُحَمَّدٍ الْحَسَنَ أَحْسَنَ اللَّهُ لَكَ الْعَزَاءَ فِي أَخِيكَ الْحُسَيْنِ يَا مَوْلايَ يَا أَبَا عَبْدِ اللَّهِ أَنَا ضَيْفُ اللَّهِ وَ ضَيْفُكَ وَ جَارُ اللَّهِ وَ جَارُكَ وَ لِكُلِّ ضَيْفٍ وَ جَارٍ قِرًى وَ قِرَايَ فِي هَذَا الْوَقْتِ أَنْ تَسْأَلَ اللَّهَ سُبْحَانَهُ وَ تَعَالَى أَنْ يَرْزُقَنِي فَكَاكَ رَقَبَتِي مِنَ النَّارِ اِنَّهُ سَمِيعُ الدُّعَاءِ قَرِيبٌ مُجِيبٌ

Əssəlamu ələykə ya varisə Adəmə səfvətillah, əssəlamu ələykə ya varisə Nuhin nəbiyyillah, əssəlamu ələykə ya varisə İbrahimə xəlilillah, əssəlamu ələykə ya varisə Musa kəlimillah, əssəlamu ələykə ya varisə İsa ruhullah, əssəlamu ələykə ya varisə Muhəmmədin həbibillah, əssəlamu ələykə ya varisə Əliyyin əmiril mu`mininə vəliyyillah, əssəlamu ələykə ya varisə Həsəniş-şəhidi sibti rəsulillah, əssəlamu ələykə yəbnə rəsulillah, əssəlamu ələykə yəbnəl bəşirin nəziri vəbnə səyyidil vəsiyyin, əssəlamu ələykə yəbnə Fatimətə səyyidəti nisail aləmin, əssəlamu ələykə ya əba Əbdillah, əssəlamu ələykə ya xiyərətəllahi vəbnə xiyərətih, əssəlamu ələykə ya sarəllahi vəbnə sarih, əssəlamu ələykə əyyuhəl vitrul məvtur, əssəlamu ələykə əyyuhəl imamul Hadiz zəkiyy, və əla ərvahin həllət bifinaik, və əqamət fi civarik, və vəfədət məə zuvvarik, əssəlamu ələykə minni ma bəqitu və bəqiyəl ləylu vən nəhar, fələqəd əzumət bikər-rəziyyətu və cəlləl musabu fil mu`mininə vəl muslimin, və fi əhlis səmavati əcməin, və fi sukkanil ərəzin, fəinna lillahi və inna iləyhi raciun, və sələvatullahi və bərəkatuhu və təhiyyatuhu ələyk, və əla abaikət tahirinət təyyibinəl muntəcəbin, və əla zərariyyihimul hudatil Məhdiyyin, əssəlamu ələykə ya məvlayə və ələyhim, və əla ruhikə və əla ərvahihim, və əla turbətikə və əla turbətihim, Əllahummə ləqqihim rəhmətən və rizvanən və rəvhən və rəyhana, Əssəlamu ələykə ya məvlayə ya əba Əbdillah, yəbnə xatəmin nəbiyyinə və yəbnə səyyidil vəsiyyin, və yəbnə səyyidəti nisail aləmin, əssəlamu ələykə ya şəhidu yəbnəş-şəhid, ya əxəş-şəhidi ya əbəş-şuhəda, Əllahummə bəlliğhu ənni fi hazihis saəti və fi hazəl yəvm, və fi hazəl vəqti və fi kulli vəqtin təhiyyətən kəsirətən və səlama, səlamullahi ələykə və rəhmətullahi və bərəkatuh, yəbnə səyyidil aləminə və ələl mustəşhədinə məək, səlamən muttəsilən məttəsələl ləylu vən nəhar, əssəlamu ələl Husəynibni Əliyyi-şəhid, əssəlamu əla Əliyyibnil Husəyniş-şəhid, əssəlamu ələl Əbbasibni Əmirilmu`mininəş-şəhid, əssəlamu ələş-şuhədai min vuldi Əmiril mu`minin, əssəlamu ələş-şuhədai min vuldil Həsən, əssəlamu ələş-şuhədai min vuldil Husəyn, əssəlamu ələş-şuhədai min vuldi Cə`fərin və Əqil, əssəlamu əla kulli mustəşhədin məəhum minəl mu`minin, Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, və bəlliğhum ənni təhiyyətən kəsirətən və səlama, əssəlamu ələykə ya rəsulillahi əhsənəllahu ləkəl əzaə fi vələdikəl Husəyn, əssəlamu ələyki ya Fatimətu əhsənəllahu ləkəl əzaə fi vələdikil Husəyn, əssəlamu ələykə ya Əmirəl mu`mininə əhsənəllahu ləkəl əzaə fi vələdikəl Husəyn, əssəlamu ələykə ya əba Muhəmmədil Həsən, əhsənəllahu ləkəl ə`zaə fi əxikəl Husəyn, ya məvlayə ya Əba Əbdillah, əna zəyfullahi və zəyfuk, və carullahi və caruk, və likulli zəyfin və carin qira, və qirayə fi hazəl vəqt, ən təs`ələllahə subhanəhu və təala, ən yərzuqəni fəkakə təqəbəti minən nar, innəhu səmiud dua qəribun mucib.