banner6

İslamın Sesi | islaminsesi.biz

Kərbəla şəhidləri – Əqil ailəsinin şəhidləri

 

12 Avqust 2021 09:23
Kərbəla şəhidləri – Əqil ailəsinin şəhidləri

Aşura faciəsində Əqilin övlad və nəvələri İmam Hüseynə (ə) yardım etməkdə elə qeyri-adi fədakarlıq göstərdilər ki, axırda İmam Hüseynin (ə) alqışına səbəb oldu. Həzrət onların fədakarlığını gördükdə, onları Cənnətlə müjdələdi və buyurdu: “Ey Əqil xanədanı! Səbirli olun, sizin yeriniz Cənnətdir. İlahi! Ali-Əqili öldürənləri məhv et!” 

Aşura hərəkatında Əqil xanədanından doqquz nəfər şəhadət feyzinə nail oldu:

1. Kufədə şəhid olan Müslim ibn Əqil;

2. Abdullah ibn Müslim ibn Əqil;

3. Məhəmməd ibn Müslim ibn Əqil;

4. Cəfər ibn Əqil;

5. Əbdürrəhman ibn Əqil;

6. Məhəmməd ibn Əqil;

7. Abdullah ibn Əqil;

8. Əli ibn Əqil;

9. Məhəmməd ibn Əbu Səid ibn Əqil.