NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 106
Yol polisindən həyəcan siqnalı və ciddi dəyişiklik anonsu

Yol polisindən həyəcan siqnalı və ciddi dəyişiklik anonsu

Dövlət Yol Polisi uşaqlar üçün yollarda davranış qaydalarının öyrədilməsinə dair bir neçə dərs vəsaiti hazırlayaraq Təhsil Nazirliyinə göndərib.

İslaminSesi.info. Yol polisi piyadaların vurulması ilə bağlı həyəcan təbili çalıb. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi yol hərəkəti qaydaları ilə bağlı fənnin məktəb proqramına daxil edilməsini təklif edib. İdarənin nümayəndəsinin sözlərinə görə, yol polisinin iştirakı ilə müxtəlif yaşlarda olan uşaqlar üçün yollarda davranış qaydalarının öyrədilməsinə dair bir neçə dərs vəsaiti hazırlanıb. Bu dərs vəsaitləri Təhsil Nazirliyinə təqdim edilib. 

 

Qeyd edək ki, hazırda da məktəblərdə tədris edilən "Həyat bilgisi" fənni dərsliklərinə yol hərəkəti ilə bağlı bir neçə paraqraf daxil edilib. Lakin Yo Polisi bunu yetərli saymır. Səbəb isə respublika yollarında yol-nəqliyyat qəzalarının mənfi statistikasıdır. 

 

Statistikaya əsasən, son illərdə təkcə Bakıda piyadaların iştirakı ilə xeyli sayda yol qəzası baş verib. Əgər 2016-cı ildə piyadaların vurulması ilə baş verən qəzalar 62% təşkil edirdisə, 2017-ci ildə bu qəzalar 69% olub. 2018-ci ilin əvvəlindən indiyə qədər isə bu göstərici 65%-dir.

 

"Biz mexanizm olmadan yol hərəkəti qaydalarını piyadalara izah etməkdə çətinlik çəkirib. Biz yol hərəkəti iştirakçılarının hər birinə ayrı-ayrılıqda yol hərəkəti qaydalarını izah etmək iqtidarında deyilik" — deyə İdarə nümayəndəsi Vaqif Əsədov bildirib.

 

Əsədov deyib ki, piyadalardan fərqli olaraq, sürücülər  Yol hərəkəri haqqında qanunun tələblərinə kifayət qədər yaxşı riayət edirlər. Hər dəfə qanuna düzəlişlər ediləndə, yol hərəkətinin iştirakçıları onları öyrənməlidirlər ki, maliyyə sanksiyaları ilə üzləşməsinlər. (Sputnik.az)

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system