NAMAZ VAXTLARI:
  • FƏCR 03:47
  • GÜN 05:28
  • ZÖHR 12:47
  • ŞAM 20:25
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 1505
Yəmənə hücum edən BƏƏ hərbi gəmisinin vurulduğu anlar

Yəmənə hücum edən BƏƏ hərbi gəmisinin vurulduğu anlar

Səudiyyə Ərəbistanı və BƏƏ-nin başçılığa ilə Yəmənin strateji əl-Hudeyda şəhərinə edilən irimiqyaslı hücum təcavüzkarların ciddi itki verməsi ilə nəticələnib.

İslaminSesi.info xəbər verir ki, Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənin əl-Hudeyda şəhərini və bu şəhərin strateji dəniz limanını “Ənsarullah” (Husilər) və müttəfiqlərindən almaq üçün irimiqyaslı hücuma keçmişdilər.

 

Artıq hücumun birinci günündə Səudiyyə və BƏƏ-nin iki hərbi gəmisi vurulub.

 

Yəmənlilər vurulan hərbi gəminin görüntülərini yayımlayıblar.

 

Yəmənin Dəniz Düvvələri hücuma keçəcək bütün hədəflərin vurulacağını bildirib. Həmçinin Yəmənin Dəniz Qüvvələri Qırmızı dənizin Yəmən sahillərindən keçmək istəyən ticarət gəmilərinə də döyüş zonasına yaxınlaşmaq barədə xəbərdarlıq edib.

 

Hazırda da Səudiyyə və onun müttfiqləri əl-Hudeyda əyalətinin müxtəlif bölgələrini qurudan, sudan və havadan hədəfə almaqdadır. Bu hücum son aylarda ən irimiqyaslı hesab edilir. Səudiyyə tərəfi əl-Hudeyda şəhəri və limanının alınacağı təqdirdə “Ənsarullah”ın xariclə əlaqəsinin tam şəkildə kəsiləcəyini iddia edir.

 

BMT və digər beynəlxalq təşkilatlar Səudiyyə və müttəfiqlərinin əl-Hudeydaya hücumu barədə ciddi xəbərdarlıq ediblər və bölgənin döyüş zonasına çevriləcəyi təqdirdə Yəmənin dünyada ən acınacaqlı humanitar vəziyyəti olan ölkəyə dönəcəyini deyiblər.

 

Səudiyyə və müttəfiqləri 2015-ci ilin mart ayından Yəmənə təcavüz edir. Bu müaxilə nəticəsində azı 20 min mülki yəmənli həyatını itirib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system