NAMAZ VAXTLARI:
  • FƏCR 04:19
  • GÜN 05:50
  • ZÖHR 12:45
  • ŞAM 19:58
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Uşaq bağçaları Təhsil Nazirliyinə qaytarılacaq?

Uşaq bağçaları Təhsil Nazirliyinə qaytarılacaq?

"İslaminSesi.info" xəbər verir ki, ARB TV-nin "Günə doğru" verilişində uşaq bağçaları haqda maraqlı süjet yayımlanıb.

Azərbaycanda məktəbəqədər təhsil müəssisələri ilə bağlı yeniliklər gözlənilir. Bunla bağlı İnsan Hüquqları üzrə Müvəkkli Elmira Süleymanova təkliflə çıxış edib. Ombudsman uşaq bağçalarının Təhsil Nazirliyinin tabeliyinə qaytarılmasını zəruri hesab edir. Onun fikrincə, hazırda bu müəsisələrdən yerləşdirmə ilə bağlı problem var.

Digər məsələ isə həmin bağçalarda maddi - texniki avadanlıq və tədris ləvazimatı, ixtisaslı kadrlar sarıdan da problemlər qalmaqdadır.

Ekpertlərin fikrincə, hazırkı məqamda ombudsmanın fikirləri təqdirəlayiq haldır. Çünki icra sturukturlarının balansında olan bu müsəssisələrdə təlim, tərbiyə və təhsilə cəlb etmədə bəzi nöqsanlar var.

Namiq Məmmədov (Təhsil işçisi): "Bu orqanların dövlətin müəyyənləşdirdiyi standartlara cavab verməsi və qaydalarla hərəkət etməsi vacibdir. Cavab vermirsə, maliyyə və vaxt itkisi var".

Bu məsələ kimi digər problem isə həmin baxçaların pedoqoji və idarə heyətinin keyfiyyətli kadr çatışmazlığıdır. Bəzi əngəllərin olması, uşaq baxçası üzrə peşəkar işçilərin kənarda qalması ilə nəticələnir.

Kamran Əsədov (Ekpert): "Təhsil Nazirliyi həmin müəllimlərin bilik və bacarıqlarının yoxlanılmasını həyata keçirir. Yəni, tabe olduqları qurum, çalışanların biliklərini yoxlayır. İcra hakimiyyətinin isə elə bir bazası olmadığı üçün bunu edə bilmir".

Bu məqamdan daha çox özəl baxçalar yararlanır. Hazırda ölkə üzrə 60 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Vahid sistem və peşəkar pedoqoji heyətə malik olan bu müəsissələr göstəricilərinə görə, dövlət bağçalarını xeyli üstələyir.

Ekpertlər bu təklifin gerçəkləşməyəcəyi təqdirdə, beynəlxalq modellərdən yaralanmağı məsləhət görür.

 

DİGƏR VİDEO XƏBƏRLƏRİ

BÜTÜN VİDEO