ÖLKƏ
Oxundu: 63
Turistə qarşı qanunsuzluğa görə rəis cəzalandırılıb, polis serjantı işdən çıxarılıb
09:55, 16.04.2018
Bakıda turistlə bağlı yol verilən qeyri-qanuni hərəkətə görə yol polisi rəisi cəzalandırılıb, polis serjantı isə işdən çıxarılıb.
"İslaminSesi.info" “Report”a istinadən xəbər verir ki , Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) serjantı (adı açıqlanmır) turistə qarşı etdiyi qanunsuz hərəkətə görə polis orqanlarından xaric edilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Səbail rayon DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı Cəmşid Hənifəyevə isə şiddətli töhmət verilib.
Xatırladaq ki, Prezident Nazirlər Kabinetinin sonuncu iclasında ölkəyə turistlərin cəlb olunmasının vacibliyindən danışıb, turistləri incidənlərin, onlardan əsasız pul tələb edənlərin cəzalandırılacağını bildirib.
DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ
BÜTÜN XƏBƏRLƏR-
Hüseyn Cavid prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılır 21:03, 24.04.2018
-
Hüseyn Abdullayev Bakı İstintaq Təcridxanasına köçürülüb 17:00, 24.04.2018
-
Hələ istifadəyə verilməmiş Ələt-Astara yolundan 40 ədəd yol nişanı oğurlandı 16:48, 24.04.2018
-
Maşın bazarında qiymətlər stabilləşib - Açıqlama 16:36, 24.04.2018
-
Ölkədən qanunsuz xarici valyuta çıxarmaq cəhdinin qarşısı alınıb 16:25, 24.04.2018
-
YPX inspektoru hüquqlarını bilən sürücüdən canını güclə qurtardı - VİDEO 16:14, 24.04.2018
-
Bakıda binanın həyətində olan ağaclar kəsilib, yerində obyekt tikilir 16:12, 24.04.2018
-
Soyğunçuluq edən 3 nəfər saxlanılıb - Bakıda 15:57, 24.04.2018
ŞƏRH YAZIN