NAMAZ VAXTLARI:
  • FƏCR 04:21
  • GÜN 05:51
  • ZÖHR 12:45
  • ŞAM 19:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

SİYASƏT

Oxundu: 342
Tramp niyə Kim Çen Inla görüşməkdən qorxdu

Tramp niyə Kim Çen Inla görüşməkdən qorxdu

Bu ilin ən gözlənilən görüşü baş tutmayacaq - Donald Tramp Kim Çen Inla görüşməkdən imtina edib. Danışıqların qırılması koreyanın raket-nüvə proqramı üzrə məsələnin hərbi həllinə keçid demək deyil. Sadəcə olaraq ABŞ prezidenti bu istiqamətdəki yalanı və piar üçün imkanları qurtardı - özünə bərabər səviyyədə görüş təşkil etməyi isə ona qətiyyən istəmirdi.

İslaminSesi.info

 

Gələn ayın 12-nə Sinqapurda keçirilməsi təyin olunan görüşün baş tuta bilməyəcəyi barədə söhbətlər KXDR-in görüşdən ABŞ-ın Koreya yarımadasının denuklerizasiya edilməsini birtərəfli qaydada tələb etməyə davam etdirəcəyi təqdirdə imtina edə biləcəyini bəyan etdikdən sonra bütün həftə gedirdi. Əgər dünən Tramp cənubi koeyalı həmkarı ilə görüşdən bir sutka sonra bildirmişdisə ki, hər şey gələn həftə məlum olacaq, lakin cümə axşamı o gözləmədi və Kim Çenə məktub göndərdi.

 

«Mən sizinlə görüşməyə çox ümid edirdim. Təəssüf ki, sizin sonuncu bəyanatınızda göstərilən böyük qəzəb və açıq düşmənçiliyinizi nəfzərə alaraq, mən indi bu çoxdan planlaşdırılmış görüşü keçirməyi yersiz saydım. Bununla əlaqədar olaraq mən sizdən bu məktubu iki ölkənin samitinin baş tutmayacağı barədə rəsmi bildiriş kimi qəbul etməyi xahiş edirəm».

 

Görüşdən imtina etmək bəhansi olan bəyanat bu günlərdə heş də Kim Çen In tərəfindən deyil, KXDR XİN başçısının müavini xanım Çxve Son Xidən edilib. Həm də ki, o bu bəyanatı son günlərdə ABŞ rəhbərlərindən Pxenyana edilən təhdidlərə cavab olaraq edib. Bu, müharibə təhdidləri idi ki, əgər Tramp əvvəlcə sadəcə Liviya ssenarisinə işarə etmişdisə, onun əvəzedicisi Mayk Pens isə aydın demişdi ki, ABŞ "heç bir güzəşt" etməyə hazırlaşmır və əgər Kim "Koreya yarımadasının denuklerizasiyası istiqamətində tam, yoxlanılabilən və dönüşü olmayan saziş bağlamasa" onda bunun axırı "yalnız Liviyada bitdiyi kimi bitəcək".

 

 

Yəni ki, ABŞ rəhbərləri KXDR-dən birtərəfli qaydada tərksilah olunmasını istəyir, 

 

əks tədirdə Kimi öldürülməklə və ölkəsinə hücum etməklə təhdid edir və KXDR-dən aşağıdakı cavab gələndə də təəccüb də edirlər:

 

«Mən ABŞ münasibətləri ilə işləyən insan kimi ABŞ vitze-prezidentinin ağızından səslənən o cahil və axmaq söz axınından duyduğum təəccübü saxlaya blmərəm... Biz ABŞ-a dialoq barədə heç vaxy yalvarmayacağıq və əgər onlar bizim yanımızda oturmaq istəməsələr özümüzü onları inandırmaq barədə əziyyətə salmayacağıq.

Əgər ABŞ KXDR-nin könüllü istəyindən imtina etsələr və qeyri-qanuni və iyrənc əməllər etməyi davam etdirsələr, mən ölkənin ali rəhbərliyinə KXDR və ABŞ liderlərinin görüşünün keçirilməsi barədə qərara yenidən baxılmasını təklif edəcəm. ABŞ-ın bizimlə danışıqlar masası arxasında və ya qətiyyəti nüvə qarşıdurmasında qarşılaşıb-qarşılaşmayacağı yalnız Vaşinqondan və onun qərarlarından asılıdır».

 

Yoldaş Çxvenin məhz bu sözləri də görüşdən imtina etmək üçün səbəb oldu - halbuki real səbəb, əlbəttə ki, heç də şimali koreyanın ritorikasına bağlı deyil. Tramp görüşdən sadəcə qorxdu - o görüşdən ki, ona özünün qalib elan olunması üçün heç bir bəhanə verməzdi. 

 

Məsələ bundadır ki, Kim əvvəlcə Amerika qarşısında tərksilah olmağa hazırlaşmırdı, lakin Vaşinqtonun bütün təbliğatı bundan ibarət idi ki, Trampın koreya rəhbərindən raket və nüvə silahından imtina etməyə razılaşmasına çalışır. Belə bir sual verilsə ki.ş Vaşinqton öz məqsədlərinin çatılmaz olduğunu başa düşürdümü? Bəli- lakin bu oyunda elə etmək lazım idi ki, ABŞ-ın hər şeyə - "koreya probleminin" hərbi həllinədək də hazıırdır. Tramp, Pens, mettis, Bolton və digərləri gurultulu hədələyici bəyanatları edirdilər. Bu bəyanatlar Pxenyanı deyil, dünya ictimaiyyətini və amerikalı seçiciləri qorxutmalı idi:

 

Baxın görün bu Kimə görə nə qədər böyük problem qalxıb, baxın görün, Tramp adminstrasiyası bu problemin olmaması üçün nə qədər hazırdır, hətta güc,təzyiq və təhdidlər yolu ilə olsa da?

 

Pxenyanın heç nədən qorxusu yoxdur - çünki ölkənin suverenliyi KXDR üçün ən ali dəyərdir, raket-nüvə silahı isə onun etibarlı təminatıdır, hansı ki, ondan imtina etmək mükmkün deyil - Çin, Rusiya, Yaponiyaya, istənilən xarici dövlətə tabe olmaq kimi. Şimali Koreya rəhbərliyi ABŞ-ın onlara hücum ehtimalına inanmırdı və ona son illərdə olduğu kimi eynilə cavab verirdi. Çünki yanlnız öz qüvvələrinə etimad edən və ABŞ-la sülh razılaşmaları olmayan (lakin olnarla müharibə təcrübəsi olan) ölkə prinsipcə həmişə döyüş hazırlığı rejimində yaşayır.

 

Yeri gəlmişkən, Vaşinqon KXDR-ə Liviya barədə əbəs yerə dedi, çünki bütün dünya Trampın işlərinin işlər düz getməyəndə boş və yersiz təhdidlərə əl atandan sonra nə qədər pis getdiyindən əmin oldu. Axı "koreya böhranının" axırıncı məğzi ondan ibarətdir ki, ABŞ Liviya ssenarisini sadəcə təkrar edə bilmir - hətta Prenyanın nüvə-raket silahı, Şimali Koreya artilleriyasının minlərlə nizəsi Koreya yarımadasının cənubundakı amerikan bazalarına tuşlanmış olsa belə. Həmçinin Kim Çendə ixtiyar gücü və sərbəst düşüncə qabiliyyətinin olması da bunda rol oynayıb.

 

Trampa bir neçə cəbhədəki təbliği qələbə lazım deyildi. Bu cəbhələrdən biri uzaq şərqdəki Çindir ki, onun qarşısının alınması ABŞ-ın əsas baş ağrılarındandır. Daxili cəbhədə isə hansı ki, Tram dünya problemlərini həll edir - seçicilərin təsdiqini qazanmaq idi. Bu təbliği qələbələr o halda əldə edilərdi ki, Kim iyunun 12-də tırksilah olmağa söz verərdi, heç tam söz verməsə də deyərdi ki, bəli üç-beş ildən sonra biz nüvə silahı ilə qurtaracağıq. Tramp isə cavabında sülh sazişini bağlamağa, amerik yatırımlarını etməyə, Cənubi Koreyadakı kontingentini azaltmağa söz verərdi. Və sonra isə bütün telekanallarda «Kimi tərhsilaha vadar edən Tramp» mahnısı çalınardı.

 

Lakin Sinqapurda bunlardan heç biri ola bilməzdi. Bəs Tramp görüşə razılaşanda, əslində isə təklif edəndə - nəyə ümid edirdi? Bunun sadə cavabı yoxdur, çünki eyni zamanda bir neçə amil vardır.

 

Birincisi, hərçəndi ki bu əsası deyil, Tramp Kimlər görüşəcəyinə özq qərar verib və haradasa inana bilrədi ki, KXDR rəhbərini əzə bilər. Bu qəribə səslənə də Trampın bu sadəlövhlüyü öz rolunu oynadı.

 

İkincisi amerikadaxili aspekt çox lazım idi - o oreya məsələsini oynamaqla öz vətəndaşlarına sərt, güclü, amma danışıqlara hazır prezident obrazı oynayırdı.

 

Üçüncüsü - bu, ən başlıcasıdır - Tramp Çinə müxtəlif tərəflərdən təzyiq etməli idi və koreya mövzusu bu əməliyyatına onun gözü ilə vacib element kimi baxılırdı. Buna olan limit isə çoxdan bitib - və koreya başlığını bitirməyin tamam vaxtıdır. Əlbəttə, bunu gözəl etmək lazım idi - Sinqapurdakı görüş, bgurultulu bəyanat və gözəl jestlərlə. Lakin yerli medianın atəşi altına düşmək riski çox böyük oldu. Çünki məətbuat heç olmasa hansısa aydın nəticəsi olmayan görüşü "Trampın məğlubiyyəti" elan edərdi. Prezident tramp da risk etməmək qərarı aldı və "Koreya başlığını" necə gəldi bağladı. 

 

 

Bununla yanaşı tramp Kimə məktubunda çox nazikdir - o ona "mükəmmə dialoqa" və "əsirlərin azad edilməsinə görə" təşəkkür edir, görüşün hazırlanması üzrə koreyalı həmkarlarının vaxt, səy və səbrlərini yüksək qiymətləndirir. Hətta Kimi fikrini dəyişəcəyi halda firikləşmədən zəng etməsini və ya Ağ evə məktub yazmağa çağıraraq görüşlərinin nə vaxtsa baş tutacağına ümid bəsləyir.

 

«Dünya və KXDR-in xüsusiliyi möhkəm sülh və əmin-amanlıq yaratmaq üzrə unikal imkanı əldən verdi. Bu əldən verilən imkan həqiqətən kədərli tarixi məqamdır» - Tramp yazıb.

 

Bu zaman mesaj təbii ki, "burada boss kimdir" xəbərdarlığı olmadan ötüşməyib:

 

«Siz öz nüvə potensialınız haqqında deyirsiniz, amma bizim potensial o qədər iri və güclüdürki, mən Allaha yalvarıram ki, biz heç vaxt onun istifadə etməli olmayaq».

 

Vzqlyad qəzeti, müəllif Pyotr Akopov.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system