NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:52
  • ZÖHR 12:45
  • ŞAM 19:55
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 129
Tehran “İsrailin İrandan nüvə sənədləri oğurlaması”na münasibət bildirib

Tehran “İsrailin İrandan nüvə sənədləri oğurlaması”na münasibət bildirib

Bundan öncə İsrail baş naziri Benyamin Netanyahu iddia etmişdi ki, onların İrandan əldə etdikləri hərbi nüvə fəaliyyəti ilə bağlı sənədlərin sayı 5 mindən çoxdur.

İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, İranın BMT-dəki rəsmi nümayəndəliyini mətbuat məsələləri üzrə müşaviri Əlirza Miryüsifi İsrailin İranın bazalarından nüvə fəaliyyəti ilə bağlı olan sənədləri oğurlayıb əldə etməsini mənasız və gülünc iddia adlandırıb.

 

Qeyd edək ki, ABŞ-ın NewYork-Times qəzeti ötən həftə Benyamin Netanyahunun sənəd adlandırdığı bəzi materialları dərc etmişdi ki, həm sözügedən qəzet həm də İsrail mətbuatı İsrail baş nazirinin bu dəlillərini gülünc və istehza ilə qarşılamışdılar.

 

Əlirza Miryüsifi də NewYork-Times qəzetinə verdiyi açıqlamada bildirib ki, “Netanyahunun iddia etdiyi kimi İranın belə bir nüvə məlumatlarını götürüb ölkənin ucqar bir yiyəsiz anbarında nəzarətsiz şəkildə buraxması gülünc yaradan mənasız iddiadır.”

 

Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu may ayında canlı yayımla çıxış edərək, 2015-ci ilin nüvə sazişindən sonra iranlıların qeyri-qanuni nüvə proqramı ilə məşğul olduğunu demişdi.  Benyamin Netanyahu şou təbliğat xarakterli bu çıxışında iddia eetmişdi ki, İranın qeyri-qanuni nüvə faliyyətini təsdiq edən 5 min sənədə malikdir. Buna baxmayaraq onun administrasiyası və İsrail Kəşfiyyatı dünya ictimaiyyətinə İranda qeyri-qanuni obyekt haqda sənədi hələ də təqdim edə bilməyib. Bununla yanaşı Beynəlxalq Atom Enerjisi Agentliyi də İranın nüvə sazişinə əməl etməsini bir neçə dəfə təsdiqləyib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system