NAMAZ VAXTLARI:
  • FƏCR 03:46
  • GÜN 05:27
  • ZÖHR 12:47
  • ŞAM 20:26
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 362
“Suriyaya hücum cinayətdir və onlar bu hücumdan fayda əldə etməyəcəklər”

“Suriyaya hücum cinayətdir və onlar bu hücumdan fayda əldə etməyəcəklər”

Amerika, Britaniya və Fransanın bu gün sübh Suriyaya hücumu cinayət idi. Amerika Fransa prezidentləri və Britaniya baş naziri cinayətkardırlar. Onlar bu hücumdan fayda əldə etməyəcəklər.

İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei deyib.

 

İslam İnqilabının Ali lideri bu gün Tehranda ölkə rəsmiləri və islam ölkələrinin səfirləri qarşısında çıxışı zamanı bildirib ki, Amerika, Fransa prezidentləri və Britaniya baş naziri bu işdə cinayətkardırlar.

 

“Bunu açıq-aşkar deyirəm onlar cinayətkardır və fayda da əldə etməyəcəklər. Onlar İraqa və Əfqanıstana da təcavüz etdilər, lakin mənfəət əldə etmədilər.”  

 

Ayətullah Xamenei çıxışının davamında deyib:

 

“Az öncə Tramp deyib, ki İŞİD-i biz məğlub etmişik. Bu açıq-aşkar yalandı. Onlar lazım olan zamanda İŞİD-in yardımına çatıblar. Onlar Ali-Səudun və onlar kimilərin pulu ilə bu xəbisləri (İŞİD) yaratdılar və onlarla mübarizəni bəhanə edərək, bölgəyə soxuldular. Amma müqavimətçilər İraq və Suriyada onların və Amerikanın qarşısını alıb və alırlar.”

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system