NAMAZ VAXTLARI:
  • FƏCR 03:47
  • GÜN 05:28
  • ZÖHR 12:47
  • ŞAM 20:25
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 400
Suriyada kimyəvi hücumu araşdırmağa yollanan

Suriyada kimyəvi hücumu araşdırmağa yollanan "İndependent"-in müxbiri Qərbi ifşa edib

İngiltərənin məşhur nəşrlərindən biri olan İndependentin müxbiri Robert Fisk Şərqi Qutaya gedib.

İslaminSesi bildirir ki, İndependentin müxbiri Robert Fisk Şərqi Qutada kimyəvi hücumun olduğu Duma qəsəbəsinə gedib. Oradakı xəstxanada bir həkimlə görüşən Fisk kimyəvi hücumun olmadığını yazıb. Robert Fiskin danışdığı həkim bildirib ki, görüntülər doğrudur, amma buna səbəb olan məsələ tamam başqadır. Dumada toz-duman nəticəsində oksigen çatışmazlığı çəkirik. Bu toza səbəb isə hava hücumları nəticəsində küləyin sürüklədiyi tozlardır. Həkim Assim Rahaibani bildirib ki, insanlar gizləndikləri zibil qutuları və tunellərdə oksigen çatışmazlığı çəkirlər. Lakin kimyəvi hücumdan söhbət gedə bilməz. 

 

Qeyd edək ki, Suriyada müxalif qruplar və təşkilatlar Dumada kimyəvi hucumun olduğunu dünyaya car çəkmişdilər. Xüsusisilə "Bəyaz Dəbilqəli"lərin  çəkdiyi görüntülər sosial şəbəkələrdə paylaşılmışdı. Lakin Suriya hökuməti və Rusiya bu işin qurulma olduğunu söyləmişdilər. 

 

Həkim Assim Rahaibani:"O gecə buradan 300 metr uzaqlıqda ailəmlə birlikdə idim. Hava hucümları var idi və güclü külək də əsirdi. İnsanlar klinakaya axın edirdilər. Toz-dumandan oksigen çatışmazlığı hökm sürürdü. Elə onda "Bəyaz Dəbilqəlilərdən" biri qaz deyə bağırdı. Onda insanlar panikaya qapıldılar. Həmin görüntülər o an çəkilib"

 

"Bəyaz Dəbilqələri" qərbin maliyyələşdirdiyi aydındır və bu təşkilatda 3 min könüllü var - deyə Fisk bu iddianı soruşmaq üçün onların ofisinə gedir, amma onları orada tapmır. 

 

Həmçinin Robert Fisk Dumada kimyəvi hücum şayiəsinin terorçu qruplaşmalar tərəfindən yayıdığını deyən insanların da var olduğunu qeyd edir. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system