NAMAZ VAXTLARI:
  • FƏCR 03:46
  • GÜN 05:27
  • ZÖHR 12:47
  • ŞAM 20:26
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 346
Suriya üzrə 9-cu Astana danışıqları başa çatıb - Nəticələr

Suriya üzrə 9-cu Astana danışıqları başa çatıb - Nəticələr

Mayin 14 və 15-də Suriya münaqişəsinin nizamlanması üzrə Astanada keçirilən müzakirələr başa çatıb.

Görüşdə müşahidəçi kimi dəvət olunan ABŞ nümayəndə heyətindən başqa bütün tərəflər iştirak ediblər. Bunlar Suriya hökümətinin və Suriyanın radikal silahlı müxalifətinin, Rusiya, Türkiyə və İranın, Eləcə də BMT-nin və müşahidəçi qismində İordaniyanın nümayəndə heyətləridirlər.

 

Suriyada müharibə 2011-ci ildən davam edir. Astana danışıqları Rusiya prezidenti Vladimir Putinin təklifi ilə Suriyada atəşkəsə zamin olan Rusiya-Türkiyə-İranın təşkilatçılığı ilə keçirilir. Bu müzakirələrin ən əsas müsbət nəticəsi deeslakasiya (gərginliyin azaldılması zonaları) zonalarının yaradılması olub ki, bu da ölkədəki zorakılığın səviyyəsini əhəmiyyətli dərəcədə azaltmağa imkan yaradıb. 

 

BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura müzakirələrin nəticələri barədə jurnalistlərə bildirib ki, keçirilən müzakirələr səmərəli olub. O qeyd edib ki. BMT nümayəndələri Rusiya-Türkiyə-İran qrupunun əsirlər, oğurlananlar və itkin düşənlər məsələsindəki işlərində fəal iştirak ediblər. 

 

9-cu Astana raundunun yekun bəyannaməsində Suriya üzrə işçi qrupunun girovlar üzrə növbəti iclasının Ankarada keçiriləcəyi, İyul ayında Suriya üzrə danışıqların Astana formatında keçiriləcəyi qeyd olunub. Bu Astana danışıqları əvvəlkilərdən fərqli olaraq Qazaxıstanın paytaxtında deyil, Rusiyanın Soçi şəhərində keçirləcək. Bundan əlavə atəşkəsin zamin ölkələri Suriyanın konstitusiya məsələsinin hazırlanmasına başlanılması işi üzrə BMT nümayəndələri və münaqişə tərəfləri arsında müzakirələr aparmaq barədə razılaşıblar.

 

9-cu Astana danışıqlarının nəticələrindən razılığını Suriya hökümətinin nümayəndə heyəti də bildirib və qazaxıstan, rusiya və iranlı dostlarına görüşün uğurlu keçməsinə gösərdikləri töhvələrinə görə təşəkkür ediblər. 

 

Suriya hökümətinin nümayəndə heyətinin rəhbəri Bşər Cəəfəri qeyd edib ki, Suriya höküməti ölkənin bütün ərazilərini azad etmək üçün terrorizmə qarşı münbarizəsini davam etdirəcək.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system