DÜNYA

Oxundu: 1133
ŞOK ssenari: Yerevan qaz kəmərlərini vuracağı təqdirdə, Bakı da AES-i vuracaq

ŞOK ssenari: Yerevan qaz kəmərlərini vuracağı təqdirdə, Bakı da AES-i vuracaq

Vaşinqtonun Strateji və Beynəlxalq Araşdırmalar üzrə analitik Mərkəzi (CSIS) Ermənistanın qarşısında duran "yeni çağırışlar" və Qərbin bu çağırışlara necə cavab verməsi barədə toplantı keçirib.

Müzakirə zamanı amerikalı analitiklər Rusiya silahlarının həm Ermənistana həm də onun düşməni olan Azərbaycana satışından duyduqları narahatlığı ifadə edib, həmçinin Ermənistandakı siyasi dəyişiklikləri - Serj Sarkisyanın prezident postundan getməsi və baş nazir postuna gözlənilən təyinatı məsələsinə toxunublar. 

 

Toplantıda amerikanın Demokratiya uğrunda Milli Fondunun (National Endowment for Democracy) Rusiya və Avrasiya məsələləri üzrə baş direktoru Miriam Lanskoy bildirib ki, regiondakı hazırki irəliləyiş, xüsusilə də Rusiya -Türkiyə yaxınlaşması və Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsi ona gətirib çıxarıb ki, Ermənistan dəstək almaq üçün üzünü Avropa Birliyinə və Birləşmiş Ştatlara tutmağa başlayıb. İslaminSesi.info-nun verdiyi məlumata görə, bu barədə məlumat Eurasianet.org saytında yerləşdirilib.

 

Lanskoy qeyd edib ki, belə gedişat Qərb üçün yeni imkanlar yaradır, lakin eyni zamanda təhlükəli ola bilər, çünki nəvaxt qlobal dövlətlər öz mövqelərini dəyişdiriblərsə o vaxt "Qafqazda müharibə olub".

 

Müzakirələr zamanı əsas mövzu Qarabağ münaqişəsinə yönəlib. CSIS-in Rusiya və Avrasiya üzrə direktor müavini Ceffri Mankoff 2016-cı ilin 4 günlük aprel döyüşlərinin ildönümünü yada salıb və bildirib ki, bu döyüş 1994-cü ildən bu yana baş vermiş ən ciddi döyüş olub. ABŞ-ın Belarus və Gürcüstandakı sabiq səfiri Kennet Yaloviç də öz növbəsində xəbərdarlıq edib ki, bölgədə istənilən növbəti münaqişə Ermənistanla Azərbaycan arasında birbaşa müharibəyədək böyüyə bilər. O, həmçinin baş verə biləcək müharibənin ən pis ssenarisinin belə olacağını bildirib: erməni hərbçiləri Azərbaycan qaz boru kəmərlərini vuracaq, Bakı isə Ermənistanın nüvə enerjisi zavodlarına. 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system