NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:52
  • ZÖHR 12:45
  • ŞAM 19:55
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 498
Sionist rejimi bilsin ki vurub qaçmaq zamanı deyil – Şəmxani

Sionist rejimi bilsin ki vurub qaçmaq zamanı deyil – Şəmxani

“Vurub qaçmaq zamanı və xof yaratmaq üçün quldursayağı hərəkətin zamanı bitib. Əgər Sionist rejimi bunu bilmirsə gərək bu anlamazlığının bədəlini ödəsin”

İslaminSesi.info TasnimNews-a istinadla xəbər verir ki bunu İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi kontr-admiral Əli Şəmxani deyib.

 

Rusiyaya səfəri öncəsi jurnalistlərin suallarını cavablandıran Əli Şəmxani Suriyadakı T-4 bazasının vurulması ilə bağlı suala cavab verib. O bildirib ki, İsrail vurub, aradan çıxmaq zamanının geridə qaldığını bilməlidir.

 

İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi ölkəsinin İsrailə verəcəyi cavab haqda bunu deyib:

 

"Bu rejim özünə haqq verir ki, başqa ölkənin ərazisinə təcavüz edib, dövlətin icazəsi ilə bura gələn və terror birləşmələrilə mübarizə aparan  qüvvələri vursun. Elə isə gərək qarşı tərəfin reaksiyasını və onun nəticələrini düşünsün. Təcavüzkarı tənbeh etmək hökman olacaq. Amma onun zamanı, məkanı və cavab vermə keyfiyyəti İslam Respublikasının ixtiyarındadır.” deyə iranlı kontr-admiral sionist rejiminə xəbərdarlıq edib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system