NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 88
Səudiyyə hacılara Nur dağı və Hera mağarasını ziyarəti qadağan edib

Səudiyyə hacılara Nur dağı və Hera mağarasını ziyarəti qadağan edib

Səudiyyə Ərəbistanın Həcc və Ümrə Nazirliyi hacıların Nur dağı və Hera mağarasına çıxmasına qadağa qoyub.

İslaminSesi.info FarsNews-a istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın Həcc və Ümrə nazirinin müavini Əbdüləziz əl-Vizan məlumat verib.

 

O bildirib ki, ümrə ziyarətinə gələnlərin Nur dağına qalxması bəzi şəriət qaydalarının pozulmasına görə və zəvvarların təhlükəsizliyinin qorunması üçün bundan sonra qadağan edilir.

 

Səudiyyənin Həcc Nazirliyinin rəsmisi eyni zamanda ziyarət turlarını təşkil edən şirkətlərə də xəbərdarlıq edib və bildirib ki onlar Hera və Nur dağlarına qalxmağı öz proqramlarından götürməlidirlər. Əks təqdirdə onlar cəzalanacaq və cərimələnəcəklər.

 

Qeyd edək ki, Nur dağı Məkkənin 4 km şimal-şərqində Mina yolunun kənarındadır. O, dənizdən 621 metr hündürlükdə yerləşir, ərazisinin genişliyi isə 281 metrdir. Peyğəmbərin ibadət yeri olan Hera mağarası isə bu dağın başında yerləşir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system