NAMAZ VAXTLARI:
  • FƏCR 03:43
  • GÜN 05:21
  • ZÖHR 12:37
  • ŞAM 20:12
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 705
Serj Sarkisyan istefa verdi

Serj Sarkisyan istefa verdi

İslaminSesi.info

Serj Sarkisyan Ermənistan xalqının 11 gündür davam edən kütləvi etiraz aksiyaları nəticəsində baş nazir postundan istefa verdi. Bu barədə Ermənistanın NEWS.am sayı məlumat verib.

 

İstefa bəyanatında Serj Sarkisyan bildirib:

 

"Əziz həmvətənlər

Müraciət edirəm Ermənistanın bütün vətəndaşlarına.

Yaşlı nəsil və gənclərə, qadınlara və kişilərə.

Müraciət edirəm gündüz və gecə küçələrdə "Serjdən imtina et" çağırışı ilə dayananlara və öz borcunu yerinə yetirmək üçün çətinliklə iş yerinə qədər gedənlərə. Müraciət edirəm günlərlə birbaşa efiri izləyənlərə və ictimai təhlükəsizliyi təmin edənlərə.

...

Ölkə rəhbəri kimi sonuncu dəfə müraciət edirəm. 

 

Nikol Paşinyan haqlı idi. Mən səhv etmişəm. Yaranmış vəziyyətdə bir neçə qərar var, amma mən heç birinə getməyəcəm. Bu, mənlik deyil. Mən ölkənin rəhbəri postunu, Ermənistanın baş naziri vəzifəsini tərk edirəm. Küçə hərəkatı mənim baş nazirliyimə qarşıdır. Mən sizin tələbinizi yerinə yetirirəm.

Ölkəmizə sülh, harmoniya və məntiq arzu edirəm. Təşəkkür edirəm".

 

Sarkisyan bu vəzifəyə bir həftədən də az müddət əvvəl, aprelin 17-də təyin olunmuşdu.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system