NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 389
Şəban ayında duaların qəbul olunması üçün Peyğəmbərdən (s) göstəriş

Şəban ayında duaların qəbul olunması üçün Peyğəmbərdən (s) göstəriş

Allahın peyğəmbəri (s) aləmlərə rəhmət olduğu kimi, şəban ayı da rəhmət dolu bir aydır.

İslaminSesi.info - Rəcəb, şəban və ramazan ayları mənəviyyat dolu aylar kimi də tanınır. Bu ayların fəzilət dolu əməlləri və zikirləri vardır ki, mövzu ilə bağlı kitablarda qeyd olunub.

 

Allahın Rəsulu (s) şəban ayını özünə nisbət verir və bu ayı “mənim ayım” adlandırır. Allahın peyğəmbəri (s) aləmlərə rəhmət olduğu kimi, şəban ayı da rəhmət dolu bir aydır.

 

Peyğəmbər (s) və İmamlardan (ə) yetişən hədislərdə şəban ayı dua və hacət ayı kimi də tərif olunur. Bu ayda insanların ibadət və saleh əməlləri yüksək səviyyədə qəbul olunur.

 

Həzrət peyğəmbər (s) istək və diləkləri olanlar üçün bu ayda oruc tutmağı və dua edib istəməyi tövsiyə etmişlər:

 

“Hər kim şəban ayında həftənin 1-ci və 4-cü günü oruc tutub hacətlərini Allah Təaladan istəsə, Mütəal Allah onun 20 dünya, 20 axirət diləyini müstəcəb edər (qəbul edər).

Peyğəmbər (s). (İqbalul-əmal. 3/310)

 

Yaşar Nuriyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system