NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:52
  • ZÖHR 12:45
  • ŞAM 19:55
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 104
“Səba” istehlakçılara müraciət etdi -  Xəbərdarlıq

“Səba” istehlakçılara müraciət etdi - Xəbərdarlıq

“Səba” şirkəti istehlakçılara dondurulmuş toyuq məhsullarını alarkən diqqətli olmaları barədə xəbərdarlıq yayıb.

 

İslaminSesi bildirir ki, Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumatda bildirilir ki, satış təmsilçiləri bəzi marketlərdə dondurulmuş toyuq ətinin əmtəə görünüşünün korlandığını müəyyən ediblər. 


“Marketlərdən əməkdaşlarımıza verilən məlumata görə, elektrik enerjisinin verilməsində yaranmış məhdudiyyətlər bəzi marketlərdə soyuducuların sıradan çıxmasına səbəb olub. Həmin müddətdə anbarlarda və soyuducularda olan dondurulmuş toyuq əti məhsulunun buzu açılmış, daha sonra soyuducular işə düşdükdə isə məhsullar yenidən donmuşdur. Bu hal məhsulun xarab olmasına səbəb olmasa da, əmtəə görünüşünü korlamışdır. Hal-hazırda satış təmsilçilərimiz bu məhsulları bütün marketlərdən geri yığırlar” – məlumatda qeyd edilir.

 

Şirkət bu məhsulların satışa çıxarılmaması və piştaxtalara qoyulmaması barədə marketlərə xəbərdarlıq edib. “İstehlakçılardan xahiş edirik ki, marketlərdə əmtəə görünüşü korlanmış dondurulmuş toyuq əti məhsuluna rast gəldikdə şirkətin satış departamentinə +994512502300 nömrəli telefona zəng vursunlar” -  “Səba” şirkətindən belə bildiriblər.

 

“Qida təhlükəsizliyi zəncirinin bütün halqalarında sağlamlığı qoruyan bir şirkət kimi, bizdən asılı olmayan səbəbdən baş vermiş bu halın müştərilərimizə “Səba” məhsulları qıtlığı yaşatmasına imkan verməyəcəyik. Yığılan məhsulların tez bir zamanda yeniləri ilə əvəzlənməsinə çalışacağıq. Şirkətə dəyən ziyana gəldikdə isə, heç bir maddi zərər bizim müştərilərimizin sağlamlığından əhəmiyyətli ola bilməz – “Səba”da bu fikirdədirlər.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system