DÜNYA

Oxundu: 129
Sarkisyan Ermənistanın baş naziri ola bilər

Sarkisyan Ermənistanın baş naziri ola bilər

İslaminSesi bildirir ki, bu gün Ermənistanda Respublika Partiyasının icra orqanının toplantısı keçirilib.

“Qafqazinfo”nun “News.am” saytına istinadən verdiyi məlumata görə, iclasda partiyanın lideri, eks- prezident Serj Sarkisyanın ölkənin baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi məsələsinə baxılıb.

 

Partiya sədrinin müavini Karen Karapetyan bu vəzifəyə S. Sarkisyanın namizəd göstərilməsi təklifi ilə çıxış edib. 
Müzakirə olunduqdan sonra Sarkisyanın namizədliyi yekdilliklə qəbul olunub.
 
Respublika Partiyasının parlament fraksiyası aprelin 16-da baş nazir postuna rəsmən S. Sarkisyanın namizədliyini irəli sürəcək.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system