NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:52
  • ZÖHR 12:45
  • ŞAM 19:55
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 123
Sabiq deputatın avtomobilinin 60 litrlik bakına 68 litr benzin vurdular:

Sabiq deputatın avtomobilinin 60 litrlik bakına 68 litr benzin vurdular: "Buna necə dözmək olar..."

"Deyirəm, bəlkə yanacaqdoldurma məntəqələrini “ASAN xidmət” mərkəzlərinə birləşdirək"

 
Sabiq millət vəkili, nasir Xeyrəddin Qoca yanacaqdoldurma məntəqələrini sərt tənqid edib.
 
İslaminSesi bildirir ki, Nasir Moderator.az  -a açıqlamasında bildirib ki, hər dəfə avtomobilə benzin vuranda, üç-dörd litr əskik vururlar:
 
“Ha dedim qoşulmayım bu oğullara, daha dözə bilmədim. Hansı yanacaqdoldurma məntəqəsində istəyirsən avtomobilinə benzin vurasan üç-dörd litr əskik vururlar. Bu başdan soruşmaq istəyirəm sizə pulu tam verməsək, benzin vurarsınız? Diqqətlə baxmışam bu oğulların aparatı benzini səkkiz yüz-doqquz yüz qıramdan vurmağa başlayır. Yəni benzindoldurma məntəqələrində işləyənlər aparatlara kəf gəlirlər. Kompüter yarananda elə bildim ki, hər şey düzələcək, amma avam olmuşam, ona da əyri işləməyi öyrədiblər! 
 
Buna necə dözmək olar ki, avtomobilin altımış litrlik benzin bakına altımış səkkiz litr benzin vurulur. Mən hələ benzinin tərkibinin zibil olmasını demirəm. Belə benzin avtomobilin benzin nasosun sıradan çıxarır, o da bahalı avtomobil ehtiyyat hissəsi olduğu üçün tapmaq olmur. Görün nə günə qalmışıq ki, radio efirlərində reklam verirlər ki: ““Socar”ın məntəqələrində təmiz benzin vurulur”. Deməli, başqa yanacaqdoldurma məntəqələrində natəmiz benzin vururlar. 
 
Bütün məntəqələrdə operatorlar soruşurlar: “Qəbz lazımdır?”. Adama deyərlər a bala, bircə rüşvəti qəbzsiz alırlar, dövlətin malın satırsan qəbz ver də! Bu işdə nə fırıldaq var, bax onu bilmirəm. Çox yerdə sorğu-sualla müştərinin canını boğazına yığırlar: 
 
“Nəğd verəcəksəniz?”. “Xırda yoxdur?”. “Kartladır?!” və sair. Deyirəm bəlkə yanacaqdoldurma məntəqələrini “ASAN xidmət” mərkəzlərinə birləşdirək. Yoxsa, bu məntəqələrdəki korrupsiyaya son qoymaq çətin olacaq! Nəhayət, bir sualım var, həm də bu bütün sürücülərin sualıdır: “Bu yanacaqdoldurma məntəqələrində işləyənlərin arxasında kimlər durur? Çıxsınlar ortalığa, camaat onları tanısın və soruşsun ki, niyə cibimizə girirsiniz?!”. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system