NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 334

"Rusiyaya "kəllə atacaq" axmaq erməni siyasətçilərin olmasına inanmıram"

Nazim Bayram, Qarabağ Qazisi

Ermənistan hakimiyəti Paşinyana təklif edib ki, S.Sarqsyanın istefaya getməsinə oktyabra kimi(ya bir aylıq) möhlət versin. Paşinyan razılaşmayıb. Möhlət verilməsindən başqa istək olmayıb.


Sarqsyanın, istefaya prinsipcə getməyə razı olub, oktyabra qədər möhlət istəməsi onun müharibə gözləntisi ilə izah oluna bilər. Bu zaman ərzində müharibə başlayacağı təqdirdə, o, əlbəttə, hakimiyətini də saxlaya bilərdi.

 

Görünür, opponentləri onun müharibə narahatçılığını başqa arqumentlərlə aradan qaldırıblar- bu zaman ərzində Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək, yeni koalisiya və yeni nazirlər kabineti formalaşacaq, yeni xarici işlər naziri təyin oluncaq və yeni xarici siyasət bloku yaradılacaq. Daha sonra vasitəçilərlə ilkin məsləhətləşmələr və danışıqlar aparılacaq. Azərbaycanla sülh danışıqlarının bərpa olunmasının yeni şərtləri haqqında razılığa gəlinəcək... bir sözlə bu il vaxtı belə uzadıb, siyasi-diplomatik yolla Azərbaycanın müharibə başlaması imkanlarını məhdudlaşdıracaqlar. Beləliklə, Serj, istefa möhlətini müharibəyə görə istəyirsənsə, narahat olma, get, biz vaxtı başqa cür uzadacağıq.

 

Həmişə ermənilərin dadına çatan Minsk Qrupu da artıq bəyanat verib. "Siyasi hadisələrin fonunda regionda son durumla və təmas xəttində eskalasiya ehtimalları ilə bağlı həmvasitəçilər, tərəflərdən belə həssas(delikat) məqamda atəşkəs rejiminə hörmətlə yanaşmalarını, ağır texnikanın arxada saxlamalarını xahiş edir, tezliklə intensiv danışıqların başlayacağına ümid bəslədiklərini ifadə edirlər".

 

"Delikat məqam" bitəndən sonra ermənilər və havadarları dünyaya dərhal hay salacaqlar ki, buyurun, vəhşi, diktator Azərbaycan işıqlı, demokratik Ermənistana və "Qarabağ xalqına" hücuma keçmək istəyir, hədə qorxu gəlir. Nəzərə alsaq ki, Paşinyan (böyük ehtimalla növbəti baş nazir) L.Ter-Petrosyanın tələbəsi və gənc məsləkdaşıdır, erməni tərəfi danışıqlarda "konstruktiv mövqe" görüntüsü yaradacaq və bununla bizim əsas kozırı vuracaqlar. Onlar bəzi rayonları Dağlıq Qarabağa keçid statusu əvəzinə təklif edəcəklər. Razılıq əldə olunsa belə, onun reallaşdırılması illərə uzana bilər, bu zaman ərzində ermənilər yaxşı bacardıqları cığallığı edib, bizdən istədikləri güzəşti alıb, "DQR" tərəf kimi min adla danışıqlara qoşub, əvəzində heç nə verməyə bilərlər. Xüsusən, onların xarici siyasi dəstəyi ilə bizim xarici dəstək müqayisəolunmazdır, diplomatiyada onları əvvələr də üstələyə bilməmişik.

 

Ümid qalır yalnız Ermənistanın yeni rəhbərliyinin Rusiyaya "kəllə atmasına", ancaq erməni siyasətçiləri arasında belə axmağın olmasına inanmıram.

 

Regionda yaranmış şərait, sülh danışıqlarının hazırki vəziyəti və gözlənilən gedişi Azərbaycanda Böyük Ümummilli Qarabağ Mitinqinin keçirilməsini labüdləşdirir!
Azərbaycan xalqı bütün dünyaya sarsılmaz Birliyini və işğal olunmuş doğma torpaqlara əliyalın olsa belə qayıtmağa qətiyətini nümayiş etdirməlidir!

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system