NAMAZ VAXTLARI:
  • FƏCR 04:21
  • GÜN 05:51
  • ZÖHR 12:45
  • ŞAM 19:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 192
Reket baş redaktor məhkəmə qarşısında

Reket baş redaktor məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində Millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları - Elmira Məmmədova, Natavan Mehdiyeva və Yeganə Əhmədovanın CM-nin 182-ci (hədə-qorxu il tələb etmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"İslaminSesi.info" -nın məlumatına görə, ötən il iyulun 14-də DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (BMCQMİ) əməkdaşları Binəqədi rayonunda, “Qədim Qəbələ” restoranında vətəndaş Şirin Abdullayevdən, barəsində rüsvayedici məlumatlar yaymamaq məqsədilə 3000 manat pul alan zaman Millitv.az saytının baş redaktoru Rövşən Qasımov, saytın əməkdaşları Elmira Məmmədova, Natəvan Mehdiyeva və Yeganə Əhmədova saxlanılıblar. 

 

Fakta görə cinayət işi başlanılıb.

 

Məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən Rövşən Qasımov ifadə verərək bildirib ki, sözügedən saytı 2016-cı ildə təsis edib. Onun sözlərinə görə, Yeganə Əhmədova  deyib ki, qadınları cinsi istismara məruz qoyan əxlaqsızlıq yuvası var, həmin yerin də rəhbəri Şirin Abdullayevdir:

“Həmin yerdə çəkiliş apardıq. Mən müştəri kimi yaxınlaşdım, 30 manat müqabilində mənə intim münasibət təklif etdilər. Biz bu sübutları polisə təqdim etdik. Bir neçə gündən sonra Abdullayev görüşüb, söhbət etməyi təklif etdi. Binəqədi rayonunda restoranda görüşdük, orada bizə mülki geyimli şəxslər yaxınlaşdılar”.

 

Növbəti proses mayın 30-a təyin edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system