NAMAZ VAXTLARI:
  • FƏCR 04:21
  • GÜN 05:51
  • ZÖHR 12:45
  • ŞAM 19:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 622
Ramazan ayını 7-ci gününün duası və bu duada önə çəkilən mətləblər

Ramazan ayını 7-ci gününün duası və bu duada önə çəkilən mətləblər

Bu kiçik həcmli duanın hər kəlməsində böyük inanc və etiqad durur.

İslaminSesi.info - Ramazan ayı rəbbimizin xeyir-bərəkət dolu ayıdır. Bu ayın hər anı Allahın rəhməti ilə doludur. Hətta hədislərdə qeyd olunur ki, bu ayda mömünün yuxusu ibadət, çəkdiyi nəfəsi belə zikr hesab olunur.

 

Təbii ki, bu ayın hər anı bərəkətli olmaqla yanaşı, bu anı dəyərləndirmək də vardır. İnsan danışığını, əməllərini, davranışını, hətta niyyətini belə qorumağa çalışmalıdır və bütün bunlarla yanaşı ibadət və zikrlərini də qorumalı, çoxaltmalı və keyfiyyətinə diqqət etməlidir.

 

Hədis və mötəbər mənbələrdə bu mübarək ayın hər günü üçün xüsusi dua və zikirlər qeyd olunmuşdur:

 

اَللّـهُمَّ اَعِنّى فيهِ عَلى صِيامِهِ وَقِيامِهِ، وَجَنِّبْنى فيهِ مِنْ هَفَواتِهِ وَ اثامِهِ، وَارْزُقْنى فيهِ

 

Ramazan ayının 7-ci gününün duası:
Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin. 


Tərcüməsi:
Allahım, mənə bu ayın orucunu tutmağa və ibadət edərək gecələrini oyaq qalmağa kömək et, bu ayda onun günah və büdrəmələrdən uzaqlaşdır, Səni davamlı zikr etməyi mənim ruzim et, istədiyini müvəffəq etməyinə хatir ey yolunu azmışların bələdçisi!

 

Bu kiçik həcmli duanın hər kəlməsində böyük inanc və etiqad durur. Çünki deyilmiş hər bir dua qəlbdən gələn dərin etiqaddır.

Bu günün duasında önə çəkilən incə mətləblər:

 

1.İnsan Rəbbindən istəyir, çünki Onu təsdiq edir.

2. Bu ayı bilir və orucu dərk edir.

3. Bu ayda olan ibadət və zikirlərin əhəmiyyətinə işarə.

4. Bu ay bağışlanma ayıdır.

5. Bütün bunlar üçün Allahın yardımına möhtaclıq.

6. Zikrə muəssər olmaq ilahi bir ruzidir.

7. Tək köməkçi Allahdır

8. Haqq və batil yolun olduğunu bilmək.

9. Tək hidayətçi Allahdır!

 

Yaşar Nuriyev

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system