NAMAZ VAXTLARI:
  • FƏCR 03:43
  • GÜN 05:21
  • ZÖHR 12:37
  • ŞAM 20:12
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 181
Qəza orucu olan şəxs başqasının qəza orucunu tuta bilərmi

Qəza orucu olan şəxs başqasının qəza orucunu tuta bilərmi

Özünün qəza orucları olan bir şəxs “İsticarə” orucu tuta bilərmi?

İslaminSesi.info – Qeyd edək ki, isticarə əcrt utmağa deyilir. Yəni bir işi yerinə yetirmək üçün, müəyyən məbləğ qarşısında (muzdla) bir şəxsi məmur edəsən və o da bu iş görəcəyi ilə razılaşa.

 

İnsan sağ olduğu müddətdə oruc və namazlarının qəzasını yerinə yetirmək üçün müəyyən bir məbləğ qarşılığında bu işləri başqasına etdirə bilməz.

 

Yalnız dünyadan köçdükdən sonra onun qəzaya getmiş ibadətlərini muzdla yerinə yetirmək olar. Bu işi görmək və ya gördürmək böyük oğula vacibdir.

 

 Digər yaxınlardan hər hansı biri bu işi həm özü icra edə bilər, həmçinin muzd qarşılığında başqasına etdirə bilər.

 

Elə isə, öz öhdəliyində qəza namazı və ya orucu olan birisi müəyyən muzd qarşılığında başqasının namaz və orucunu yerinə yetirə bilərmi.?

 

1-Namaz üçün müstəcir (muzdlu) olmasının maneəsi yoxdur.  Oruca gəlincə isə, əgər boynunda qəza orucu varsa və öz oruclarını vaxtında yerinə yetirə biləcəksə, o zaman müzdla oruc tuta bilər. Müstəhəb oruc tutmağa gəlincə isə, tuta bilməz.

(Ayətullah Lənkərani)

 

2- Qəza orucu olan birisi başqasının əvəzindən isticarə (muzdla) orucu tuta bilər.

(Ayətullah Məkarim)

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system