NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

SİYASƏT

Oxundu: 1068
“Qərb nə qədər vicdansız olsa da, Qüdsdə baş verənlərə susmamalıdır”

“Qərb nə qədər vicdansız olsa da, Qüdsdə baş verənlərə susmamalıdır”

Akif Nağı: “ABŞ-ın Qüdslə bağlı siyasəti, İsrail rejiminin orada həyata keçirdiyi siyasət yeni bir “Səlib Yürüşü” nün tərkib hissəsidir”

 

Qəzza zolağında sionist işğalının 70 illiyi və  Qüdsdə ABŞ səfirliyinin açılması ilə əlaqədar fələstinlilərin öz torpaqlarına dönüş yürüşü başlayıb. Lakin bu yürüş olduqca ağır fəsadlarla yadda qalıb. Belə ki, sionist və işğalçı İsrail rejimi əsgərlərinin açdıqları atəş nəticəsində 59 fələstinli qətlə yetirilib,  yaralıların sayı isə 2400-ə çatıb. İşğalçı rejimin qətliamına isə beynəlxalq aləmdən və super güclərdən heç bir reaksiya gəlməyib. Bu susqunluq bir daha Qərbin ikili standartlarından və İslam dünyasına qarşı amansız rəftarından xəbər verib.

 

 

Bəs görəsən bu ikili standartlar nədən qaynaqlanır?

 

İslaminSesi mövzunu Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ilə müzakirə edib.  QAT sədri bildirib ki, bu məsələnin kökündə dünyanın İslam ölkələrinə və müsəlman dəyərlərinə qarşı dayanması durur: “Uzun illərdir bu proses davam edir. Ötən əsrin 80-90-cı illərindən sonra dünya iki qütbə bölünmüşdü. Kommunist düşərgəsi və Qərb cəbhəsi mövcud idi. SSRİ-nin dağılmasından sonra, Qərb ideoloqları hədəf kimi Samuel Hantinqtonun "Sivilizasiyaların toqquşması" əsərindən bəhrələnməyə başladılar. Burada əsas hədəf İslama qarşı yönəldi. İslam dini daxilində müxtəlif qrupların yaradılması, terror hərəkətlərinin törədilməsi, islama qarşı hücumun tərkib hissəsidir və bunun arxasında qərb dayanır. Yəni İslam dini ilə heç bir əlaqəsi yoxdur”.

 

Akif Nağının sözlərinə görə, İslam dünyasına vurulan zərbələr məmuniyyət hissi ilə qarşılanır: “ABŞ-ın Qüdslə bağlı siyasəti, İsrail rejiminin orada həyata keçirdiyi siyasət yeni bir “Səlib Yürüşü” nün tərkib hissəsidir. Lakin Yəhudilərin arasında da sionizmə qarşı çıxan toplum mövcuddur. Onlar sionist nəzəriyyəsi yeridənlərin yəhudi xalqına ciddi ziyan vurduğunu dərk edirlər”.

 

QAT sədri əlavə edib ki, Qüds uğrunda xristian və islam dünyası arasında min ildən çoxdur ki, mübarizə gedir: “ Xristianlar İkinci Dünya Müharibəsindən sonra Qüdsə qayıtdılar və indi işğalçı İsrailin əli ilə orada qalmağa çalışırlar. Bu isə dünyaya, insanlığa sığmayan bir hərəkətdir. Dinc aksiyaya qarşı qoşun yeritmək və qətliam törətmək insanlığa qarşı cinayətdir. Hesab edirəm ki, Qərb nə qədər vicdansız olsa da, bu hadisəyə susmamalıdır”.

 

Akif Nağı bildirib ki, bu İslam dünyasına qarşı bir yürüşdür və müsəlmanlar yalnız həmrəy olmaqla bunun qarşısını almalıdırlar: “Qarabağ məsələsi də İslam dünyasının özünün həll etməli olduğu bir münaqişədir. Bu gün öz doğma torpağına getmək istəyən hər bir azərbaycanlı erməni gülləsinə tuş gələcək və eynən fələstin məsələsindəki kimi buna heç kim reaksiya nümayiş etdirməyəcək. Cəbhə bölgəsində Azərbaycan tərəfindən kimsə qətlə yetiriləndə, dünya birliyi susur. Lakin bu hal Ermənistan tərəfində baş verəndə bütün dünya ayağa qalxır. Qərb hesab edir ki, nə qədər çox müsəlman ölsə, bir o qədər yaxşıdır. Artıq onların məntiqi budur və bunu gizlətməyə ehtiyac yoxdur”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system