NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:52
  • ZÖHR 12:45
  • ŞAM 19:55
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 124
Qarpızın qiyməti düşəcək - Səbəb

Qarpızın qiyməti düşəcək - Səbəb

Son günlər mövsümün ən çox tələb olunan bostan bitkisi qarpızın qiyməti ucuzlaşmaq əvəzinə bahalaşır… Ötən ilin anoloji dövründə kiloqramı 20-25 qəpiyə təklif edilən qarpız bu il 50-60 qəpiyədir. Satıcılar isə alıcılara qarpız-yemiş mövsümünün tez sovulacağı, qiymətinin kəskin bahalaşacağı haqda məlumat verirlər.

 

İslaminSesinin xəbərinə görə, Kənd təsərrüfatı üzrə araşdırmaşı jurnalist Nicat Nəsirli Modern.az-a deyib ki, hazırda sahələrdə qarpızın 1 kiloqramı 45-55 qəpiyə satılır:


“Topdansatış yerlərində diametrindən asılı olaraq 50-65 qəpikdir. 

 

Amma bu müvəqqəti gərginlikdir. Hazırda satışda olan məhsul örtükaltında (istixana kimi başa düşün) yetişdirilib, təxminən bir həftədən sonra açıq sahələrdəki qarpız yetişəcək.

 

Açıq sahədə qarpız kütləvi yetişdiyi üçün iyulun sonu-avqustun əvvələri qiymətlərin sabitləşməsini görəcəyik”.


O, bildirib ki, bu gün satışda olan məhsulun böyük əksəriyyəti Salyandan gətirilir:

“Məncə, qarpız həvəskarları iştahlarını avqusta saxlasınlar. Əslində, qarpızın təbii yolla yetişmə dövrü avqust ayıdır”.

N.Nəsirli qarpız sevərlərdən məsləhətlərini də əsirgəməyib:

“1.Qarpızın kəsilərək alınması məsləhət deyil. Çünki istifadə olunan bıçaq sanitariya-gigiyena qaydalarına uyğun təmizlənmir.
2. Qarpız öz mövsümündə  - avqustdan sentyabrın ortalarına kimi yeyilməlidir. Dərmanla yetişmiş məhsul nişasta qoxusu verir, diqqət edin”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system