NAMAZ VAXTLARI:
  • FƏCR 04:19
  • GÜN 05:50
  • ZÖHR 12:45
  • ŞAM 19:58
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 312
Qanunsuz saxlanılan silah-sursat müsadirə edilib - DİN

Qanunsuz saxlanılan silah-sursat müsadirə edilib - DİN

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

"İslaminSesi.info" bildirir ki, DİN-dən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Bəxtiyar Qasımovun mənzilindən 1 ədəd pnevmatik, 1 ədəd idman tapançaları və 28 ədəd patron aşkar edilərək götürülüb.

 

Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Ayaq Qərvənd kəndində yaşayan Şəfayət Abdullayevin evindən 3 ədəd tüfəng, 1 ədəd idman tapançası, 52 ədəd müxtəlif çaplı patron, 1 beşbarmaq, 1 süngü-bıçaq, 1 bıçaq, 29 ədəd giliz və 1 patron darağı aşkar edilərək götürülüb.

 

Faktlarla bağlı araşdırmalar aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system