NAMAZ VAXTLARI:
  • FƏCR 03:47
  • GÜN 05:28
  • ZÖHR 12:47
  • ŞAM 20:25
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 224
Ötən həftə  yol qəzalarında 12 nəfər ölüb, 38 nəfər xəsarət alıb

Ötən həftə yol qəzalarında 12 nəfər ölüb, 38 nəfər xəsarət alıb

Ötən həftə ərzində (aprelin 9-15-də) Azərbaycanın daxili işlər orqanları tərəfindən 659 cinayət faktı qeydə alınıb, onların da 95-i “isti izlər”lə açılıb.

"İslaminSesi.info" -nın məlumatına görə, əvvəlki dövrlərdən bağlı qalmış 47 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə, ümumilikdə, 123 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Həftə ərzində ölkənin avtomobil yollarında 24 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 12 nəfər ölüb, 38 nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 40 fakt müəyyən edilib. 

 

Cinayət törətməkdə şübhəli bilinən 151 nəfər saxlanılıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system