NAMAZ VAXTLARI:
  • FƏCR 03:47
  • GÜN 05:28
  • ZÖHR 12:47
  • ŞAM 20:25
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 403
Nüvə silahlarının aradan qaldırılması üzrə mərkəz: Dünyada 14 min 450 nüvə bombası var

Nüvə silahlarının aradan qaldırılması üzrə mərkəz: Dünyada 14 min 450 nüvə bombası var

Dünyada nüvə döyüş hissələrinin sayı iyunun əvvəlinə olan məlumata əsasən 145 min 450 ədəd təşkil edir; Onların təxminən 90%-i ABŞ və Rusiyanın əlindədir

İslaminSesi.info tass.ru-ya istinadla xəbər verir ki, bu barədə Yaponiyanın Naqasaki Universiteti yanında Nüvə silahının Ləğv edilməsi üzrə Tədqiqat Mərkəzi tərəfindən açıqlanan hesabatda deyilir.

 

Sənəddə bildirilir ki, dünyada ən böyük sayda hərbi nüvə bombası Rusiyadadır - 6 min 850 ədəd. Onlardan 1658-i ballistik raketlərə, 1588-i sualtı qayıqlardan buraxılması üçün nəzərdə tutulmuş raketlərə, 1100-ü isə döyüş təyyarələri üçün nəzərdə tutulmuş raketlərə quraşdırılıb. Yerdə qalan 2,5 min bomba isə silahlanmaya alınıb və ya alınması nəzərdə tutulub.

 

İkinci yerdə ABŞ gəlir, onun arsenalı 6 min 450 nüvə bombası təşkil edir. Bu saydan 1820 ədədi sualtı qayıq raketləri və gəmi raketləri üçün nəzərdə tutulub, 2 min 650 ədədi isə silahlanmaya alınıb və ya alınması planlaşdırılıb.

 

Rusiya və ABŞ-dan sonra silahlanmalarında müvafiq olaraq 300, 270 və 215 nüvə bombası olan Fransa, Çin və Böyük Britaniya gəlir. 

 

Belə ölkələrin bu qədər nüvə bombasına malik olmalarına və onların müasirləşdirilməsi ilə məşğul olmalarına baxmayaraq Şimali Koreyadan denuklerizasiya olunmasını tələb edirlər. KXDR-gəldikdə isə yapon ekspertlərinin qiymətləndirmələrinə görə isə 10-20 ədəd belə bombaya malikdir.

 

Tədqiqat mərkəzinin məlumatına görə, dünyada nüvə silahının hazırlanması üçün yararlı olan  daha 2 min ton zənginləşdirilmiş uran və plutonium var. Bu ehtiyatın bir hissəsi dinc məqsədlərlə istifadə olunur.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system