NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:52
  • ZÖHR 12:45
  • ŞAM 19:55
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 102
Müəllimliyə imtahan verən namizəd 59 bal topladı

Müəllimliyə imtahan verən namizəd 59 bal topladı

Bu gün ibtidai sinif müəllimliyi üzrə (Azərbaycan bölməsi) keçirilən test imtahanlarında 3094 nəfər iştirak edib.

 

İslaminSesi bildirir ki,  Təhsil Nazirliyindən Modern.az-averilən məlumata görə, namizədlər arasında ən yüksək nəticə olaraq 59 bal qeydə alınıb.

 

İbtidai sinif müəllimliyi üzrə imtahanlar bu gün də davam edib. Günün ikinci yarısından sonra ingilis dili müəllimi olmaq istəyənlər imtahan verəcək. Bu fənni tədris etmək istəyən 3505 namizədin imtahanda iştirakı nəzərdə tutulur.

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system