NAMAZ VAXTLARI:
  • FƏCR 04:19
  • GÜN 05:50
  • ZÖHR 12:45
  • ŞAM 19:58
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 588
Məşhur Tesla şirkətinin qurucusundan 5 qızıl tövsiyyə

Məşhur Tesla şirkətinin qurucusundan 5 qızıl tövsiyyə

Kosmik nəqliyyatlar, Space X istehsalçısı və Tesla avtomobil şirkətinin qurucusu Elion Mask işçilərinə zamanı necə istifadə etmək və necə məhsuldar olmaq tövsiyyələrini göndərib.

İslaminSesi İndependent-ə istinadən bildirir ki, bu tövsiyyələr 5 maddədə toplanıb. Bu tövsiyyələri sizə təqdim edirik.

 

1. Tez-tez keçirilən iclaslardan yayının. 

Böyük şirkətlərdə tez-tez keçirilən iclaslar nəticəsində işlər pisə doğru gedər. Əgər iştirakçılara bir xeyrinin görmürsünüzsə ya iclası qısa keçirin, ya da ümumiyyətlə etməyin. Çox təcili bir vəziyyət yoxdursa tez-tez iclaslara getməyə dəymir. 

 

2. Bir iclasdan və ya tədbirdən işiniz bitən kimi çıxın. 

Əgər qalmağınızla, getməyinizin arasında bir fərq qalmayıbsa həmin tədbiri tərk edin. Getmək qabalıq deyil. Zamanı boşa xərcləmək qabalıqdır. 

 

3. Qısaltmalardan və terminlərdən istifadə etməyin

Aydın bir dillə nitqinizi ifadə edin. Tesla şirkətində qısaltmalara və terminlərə ehtiyac yoxdur. 

 

4. Əmr və komanda formasında ünsiyyət qurmaqdan çəkinin.

İşlərin getməsi üçün əmr və komanda formasında xitab etmək işi xilas etməz. Bu üsulla işləyən müdir özünü ayılıb başqa yerdə görər. 

 

5. Sağlam düşüncələrinizdən istifadə edin

Ümumi olaraq bələdçiniz düşüncələriniz olsun. Əgər şirkətin qaydaları düşüncələrizdən qarışıq olsa onda özünüzə arxalanın. Qaydaları dəyişə bilərsiniz. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system