NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 159
Məşhur aktyor Uill Smitdən xoşbəxtlik haqda möhtəşəm sözlər - VİDEO

Məşhur aktyor Uill Smitdən xoşbəxtlik haqda möhtəşəm sözlər - VİDEO

İslaminSesi sizə məşhur aktyor Uill Smitin xoşbəxtlik haqqında fikirlərini təqdim edir.

"Bəzən dostlarımızla, yaxınlarımızla dalaşarıq və o anda ittihamlar yağar və kimisə günahlandırarıq. Mən isə bu halda belə deyirəm: Kiminsə günahkar olması şərt deyil, məsələ onu o səhvi düzəltməkdir. Axı nəsə sınıbsa onun kim tərəfindən sındırılmasının nə əhəmiyyəti var ki?!...Məsələn, kiminsə atası alkoqolizmə mübtəla olubsa, bunda onun nə günahı va?! Onun bu məsələdə yeganə məsuliyyəti bu travma ilə yaşamaq və həyatını nə üsullasa  yoluna qoymaqdır.

 

Əgər sizə xəyanət ediblərsə bunda sizin günahınız yoxdur. Sizin payınıza düşən isə bu ağrı ilə yaşamağı bacarmanız və xoşbəxt həyata davam etməyinizdir. Günah və məsuliyyət bir arada alınan iş deyil. Əgər kimsə günahkardısa və biz ittihamlarla doluyuqsa biz hey intiqam hissinə qərq oluruq. Hey həmin insanın əzab çəkməsini diləyir və onu cəzalandırmaq arzusu ilə çırpınırıq. Hey onların problemi həll etməsini istəyirik. Amma bu elə də işə yaramır, xüsusilə söhbət sizin ürəyinizdən gedirsə...Amma  ürəyinizə,  həyatınıza və xoşbəxtliyinizə özünüz cavabdehsiniz. Bütün bunlar üçün siz məsuliyyət daşıyırsız. Əgər biz barmağımızı silkələyərək hey günahkar axtarışındayıqsa, onda hey qurban edilmiş hissiyatında  olacayıq. Qurban edilmiş hissiyatına malik olmaq isə insana hey əzab verər. Özünüzü bu hissiyatdan azad edin!"

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system