NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 163
Maduro ABŞ-ın Venesueladakı rəsmi nümayəndəsini ölkədən qovub

Maduro ABŞ-ın Venesueladakı rəsmi nümayəndəsini ölkədən qovub

Venesuela Respublikasının prezidenti Nikolas Maduro çərşənbə axşamı ABŞ-ın ölkədəki müvəqqəti səfiri Todd Robinsonu istənilmətyən adam elan edib. Bu barədə Globovision telekanalı məlumat verib.

Robinsona ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib. Onunla birgə səfirliyin siyasi şöbəsinin rəhbəri Brayan Naranho da qovulub.

 

Qeyd edək ki, Venesualada bazar günkü prezident seçkilərində Nikolas Maduronun seçilməsindən sonra ABŞ Venesuelaya qarşı sanksiyalar tətbiq edib. ABŞ prezidenti Trampın verdiyi əmrə əsasən amerika vətəndaşlarına və ABŞ-da olan şəxslərə Venesuela hökumətinin borc öhdəliklərinin alınması ilə əlaqədar debitor borcları da daxil olmaqla tranzaksiyaların keçirilməsi qadağan olunub.

 

Vaşinqtonun bu addımı Venesuelanın dövlət neft şirkəti olan PDVSA-nın borclarına da tətbiq edilib.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system