NAMAZ VAXTLARI:
  • FƏCR 03:23
  • GÜN 05:10
  • ZÖHR 12:41
  • ŞAM 20:32
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 182
Jurnalist Əfqan Sadıqov azadlığa çıxıb

Jurnalist Əfqan Sadıqov azadlığa çıxıb

Azadlıqdan məhrumetmə müddəti başa çatan azel.tv onlayn nəşrinin redaktoru Əfqan Sadıqov mayın 23-də azadlığa çıxıb.

"İslaminSesi.info" xəbər verir , o, Turan-ın müxbiri ilə söhbətində bildirib ki, uydurma ittihamla həbs edilib və Avropa İnsan Hüquqları Məhkəməsində həbsinin qanunsuz olduğunun etiraf olunmasına nail olmaq niyyətindədir.
 
Jurnalist bildirib ki, həbsdə olarkən sağlamlığına ciddi ziyan dəyib və indi sağlamlığını bərpa etmək niyyətindədir. Sadıqov həmçinin bildirib ki, jurnalist fəaliyyətini davam etdirəcək və azad sözə sadiq qalacaq.
 
Xatırladaq ki, Əfqan Sadıqov 2016-cı il noyabrın 22-də saxlanılıb. O, Cəlilabad rayon icra hakimiyyətinin binasında qadına vurmaqda ittiham olunub. O, 2,5 il müddətinə həbs edilib, amma sonradan cəza müddəti 1,5 ilə endirilib.
 
Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıblar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system