NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 1295
İsrailin terrorla aradan götürdüyü alimlər və siyasətçilər – Dəhşətli rəqəm

İsrailin terrorla aradan götürdüyü alimlər və siyasətçilər – Dəhşətli rəqəm

“Sionist rejimi bu metodu ötən əsrin 50-60 cı illərində intensiv şəkildə həyata keçirir, Fələstində, ərəb ölkələrində və dünyanın müxtəlif bölgələrindəki ərəb alimlərini, fəallarını və siyasətçilərini terror aktları ilə aradan götürürdü. Sionist rejimi bu yolda 2700 ərəb alimi, siyasətçi və ictimai xadimini terror edib.

İslaminSesi.info TasnimNews-a istinadla xəbər verir ki,  terror edilən son ərəb alimi də ötən həftə Malaziyada namaza gedərkən başından güllə ilə vurulan fələstinli mühəndis alim Fadi əl-Bətaşdır.

 

Mossad tərəfindən başlanılan terror kpmapaniyasının qurbanları təkcə fələstinli deyil, bir sıra Tunis, İraq, İordaniya və Misir alimləri də olub.

 

İsrailli yazıçı Ronun Bergmən yazdığı “Qalx və əvvəl sən öldür” əsərində Sionist rejiminin yarandığı zamanından indiyədək Mossadın həyata keçirdiyi terror aktları haqda fəxrlə məlumat verir və öldürülən ərəb alimləri, və ictimai-siyasi xadimlərinin sayının 2700 olduğunu bildirir.

 

Mossad terror zamanı müxtəlif ağla gəlməyən üslublardan istifadə edib. Əsasən hədəfdə nüvə alimləri və hərbi təyinatlı alimlər olub. İsrailli yazıçı Ronun Bergmənin bildirdiyinə görə bu tendensiya davam edir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system