NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 156
İran beynəlxalq təşkilatları dərhal İsrail və ABŞ-a qarşı hərəkətə keçməyə çağırıb

İran beynəlxalq təşkilatları dərhal İsrail və ABŞ-a qarşı hərəkətə keçməyə çağırıb

“Fələstinli uşaqları qocaları silahsız insanları qətlə ytirmək onları ev-eiklərindən didərgin salmaq sionist rejimin son 70 ilki işğalçı siyasətidir. Onlarla silahsız etiraz edən Fələstində qətlə yetirilir. Bu arada Amerika hökuməti və qeyri-qanuni səfirliyi Qüdsdə bayram edir. Beynəlxalq təşkilatlar dərhal bu cinayətlər qarşısında addım atmalıdırlar.”

İslaminSesi.info əl-Aləmə istinadla xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.

 

Bəhram Qasimi ötən gün Qəzzada onlarla silahsız nümayişçinin İsrail tərəfidnən qətlə yetirilməsinə görə sakit qalan beynəlxaq təşkilatları və körfəzdəki ərəb rejimlərini pisləyib. O bildirib ki, buna və ABŞ səfirliyinin Qüdsdə açılışına sakitcə yanaşan və Vaşinqtonla üttəfiq olan ərəb rejimləri bu cinayətlərdə şərikdirlər.

 

Dünya ölkələrini İsraili BMT TŞ-da müharibə cinayətkarı kimi tanıtdırılmasına çağıran İran rəsmisi müsəlan ölkələrinin hökumətlərindən də bu məsələdə beynəxalq ictimaiyyətə təzyiq göstərməyi tələb edib.

 

Xatırladaq ki, ötən gün işğalın 70-ci illiyi günündə ABŞ-ın Qüdsdəki əsfirliyinin açılışı olub. Qəzzada buna etiraz edən silahsız fələstinlilərdən 60-ı İsrail qüvvələri tərəfindən şəhid edilib.

 

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system