NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:52
  • ZÖHR 12:45
  • ŞAM 19:55
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 929
Həzrəti Əlidən (ə) özünüzü test etmək üçün gözəl kəlam

Həzrəti Əlidən (ə) özünüzü test etmək üçün gözəl kəlam

Quran və Əhli-Beyt (ə) ən gözəl meyardı.

İslaminSesi.info – Mütəal Allah Qurani Kərimdə iman gətirənlər və iman əsasında əməl edənləri yaradılmışların ən yaxşısı, ən üstünü adlandırır. Demək Allah yanında yaxşı olmağın meyarı iman və iman əsasında olan əməldir, nəinki ayrılıqda əməlin özü:

 

“İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.” (Bəyyinə-7)

 

Quran yaxşı olmağın meyyarını bu ayə ilə bəyan edir. Hər kəs üçün bir yaxşı ola bilər Yalnız həqiqi meyar Allah yanındadır. İnsan da gərək öz əməllərini bu meyar əsasında nizamlasın.

 

Həmçinin İmam Əlidən (ə) nəql olunan bir hədisdə iman əhlinin sifətləri belə bəyan olunur:

 

“Mömin o kəsdir ki:

Qazancı halaldan olsun,

Rəftarı mehriban və mərhəmətli olsun,

Qəlbi kin-küdurərdən pak olsun,

Malının artığından ehsan etsin,

Artıq söz danışmaqdan çəkinsin,

İnsanlar onun şərrindən amanda olsun, xeyir işlərdə ona ümidvar olsun,

Digərləri ilə insafla rəftar etsin.”  (Nəsayih-281)

 

Özü yaxşı hesab edən, öz rəyindən razı olan hər bir kəs, hər bir mömin Quranın bu ayəsi və İmamın (ə) hədisi ilə özünü test edə bilər.

 

Yaşar Nuriyev

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system