NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:52
  • ZÖHR 12:45
  • ŞAM 19:55
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 81
HƏMAS və Fəth-i bir araya gətirəcək Misir danışılqarı başlayır

HƏMAS və Fəth-i bir araya gətirəcək Misir danışılqarı başlayır

HƏMAS və Fəth ötən ildə mühüm anlaşmaya nail olmuşdular. Anlaşmanın bəndlərinin birinə əsasən Qəzza Zolağındakı hakimiyyət struktur idarələri muxtariyyətin lideri Mahmud Abbasın komandasının nəzarətinə verilməli idi. Anlaşmada yer alan bu və sair proseslərin icrası hələ də natamam olaraq qalır.

İslaminSesi.info əl-Məyadin telekanalına istinadla xəbər verir ki, HƏMAS-ın siyasi ofisinin rəhəri İsmail Həniyyə Fələstin-Fələstin danışılqları iə bağlı Misirin təklif paketini qəbul edilib. Məlumata görə ötən gün HƏMAS lideri Misir rəsmiləri ilə təklif paketi haqda danışıb və razılığını bildirib.

 

Misirin təklifinə əsasən Fələstin-Fələstin danışıqları 4 ay ərzində həyata keçirilməsi və nəticə verməlidir.

 

İcrası 4 mərhələdə həyata keçirilməsi lazım olacaq “Milli Barışıq” danışıqlarına əsasən Qəzzadakı hakimiyyət idarələri Mahmud Abbasın nazirlərinə verilməli, Muxtariyyət liderinin administrasiyası tərəfindən Qəzzaya qarşı sanksiyalar ləğv edilməli, Qəzzada verilməsi vacib olan məvaciblərin ödənilməsi, HƏMAS-ın təhlükəsizlik işçilərinin vahid təhlükəsizlik qüvvələri sıralarında yerləşdirilməsi, Qəzzada elektrik stansiyaların yanacaqla təmin edilməsi, daha sonra Milli Hökumətin təşkili, Məhkəmə Hakimiyyəti və Qanunvericilik hakimiyyətinin təşkili, seçkilərin məsələsi, Fələstin Azad Təşkilatı evinin yenidən qurulması və sair vacib məsələlər yer alacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system