NAMAZ VAXTLARI:
  • FƏCR 03:46
  • GÜN 05:27
  • ZÖHR 12:47
  • ŞAM 20:26
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 1872
Hələ istifadəyə verilməmiş Ələt-Astara yolundan 40 ədəd yol nişanı oğurlandı

Hələ istifadəyə verilməmiş Ələt-Astara yolundan 40 ədəd yol nişanı oğurlandı

Masallıda oğurluq faktı qeydə alınıb.

"İslaminSesi.info" bildirir ki,  ARB-dən  verilən xəbərə görə, Masallıda hələ istifadəyə verilməmiş Ələt-Astara avtomobil yolunun, rayonun Sərcuvar və Hüseynhacılı kəndlərindən keçən hissəsində, yolun kənarında quraşdırılan və aliminium materialından hazırlanmış 40 ədəd yol lövhəsi oğurlanıb.

 

Lövhələri quraşdıran şirkətin əməkdaşları tərəfindən məsələ ilə bağlı Masallı rayon Polis şöbəsinə müraciət olunub. Əməliyyat-axtarış tədbirlər nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilib.

 

Məlum olub ki, cinayət hadisəsini rayonun Qasımlı kənd sakini, İlqar Şükürov və Şıxlar kənd sakini Fərhad Fərhadlı qabaqcadan əlbir olmaqla törədiblər.

 

Əvvəllər də məhkumluq həyatı yaşayan hər iki şəxs şirkətə ümumilikdə 34 min 358 manat ziyan vurublar. Həmin şəxslərin oğurladığı yol lövhələrinin bir hissəsi maddi sübut kimi götürülüb.

 

Fərhad Fərhadlının ətrafında aparılmış əməliyyat-axtarış tədbirləri zamanı onun törətdiyi digər bir cinayət faktının da üstü açılıb.

 

Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb araşdırma aparılır.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system