NAMAZ VAXTLARI:
  • FƏCR 03:47
  • GÜN 05:28
  • ZÖHR 12:47
  • ŞAM 20:25
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 1747
Eynşteynlə bağlı yayılmış bu rəsmi sənədlər dünyanı şoka salıb

Eynşteynlə bağlı yayılmış bu rəsmi sənədlər dünyanı şoka salıb

Yəhudi alim Albert Eynşteynin gündəlikləri üzə çıxıb.

İslaminSesi bildirir ki, Eynşteynin bu gündəlikdə 1922-23-cü illərdə Yaxın və Uzaq Şərq təssüratlarını qələmə alıb. Gündəlikdə Eynişteyn digər millətləri aşağılayır. Çinliləri pis, söz batmayan insanlar kimi dəyərləndirən Eynştyen "Başqa irqlərin yerini alsalar çox pis olardı" deyə yazıb. 

 

Qeyd edək ki, Eynşteyn yaşının irəliədiyi vaxtlarda irqçiliyə qarşı mübarizə aparmış və bunu ağların xəstəliyi adlandırmışdır. Gündəliklərində isə tamamilə fərqli bir mövqe sərgiləyib. 

Einstein

 

 

Köhnə adı Seylan adası, indiki adı Şri Lanka olan yer haqqında yazdıqları: "Böyük bir çirkab içində yaşayırlar. Hər yer çirkab doludur. Az iş görür və az şeyə ehtiyac duyurlar. Həyatın bəsit iqtisadi dövriyyəsi var...."

 

Məşhur fizikin ən diqqət çəkən fikirləri çinlilər haqdadır. Guardian qəzetinin xəbərinə görə alim çinli uşaqlarlar üçün "ruhsuz və duyğusuz" qeydini edib. O Çini "qəribə və sürüyə bənzəyən millət" kimi dəyərləndirib. O bildirir ki, Çində qadınlarla kişilərin arasında elə fərq yoxdur. 

 

Prinston universitetinin  yayımladığı bu mətnlərdə alimin Yaxın Şərqdən Uzaq Şərqə qədər səyahətinə işıq tutulur. Misirdəki Port Səid limanında qarşılaşdığı alverçilər barədə "sanki cəhənnəmdən fışqırmış kimi idilər" yazıb. 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system