NAMAZ VAXTLARI:
  • FƏCR 04:19
  • GÜN 05:50
  • ZÖHR 12:45
  • ŞAM 19:58
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 457
Ermənistanda bundan sonra hakimiyyətin adı - Ermənistan xalqıdır - Nikol Paşinyan

Ermənistanda bundan sonra hakimiyyətin adı - Ermənistan xalqıdır - Nikol Paşinyan

"Mən bütün təklifləri dinlədim və öz tələbimi səsləndirdim - Serj Sarkisyan iki saat ərzində istefa verməlidir, elə də oldu"

İslaminSesi.info. Bundan sonra Ermənistanda yeni hakimiyyət var. Bu barədə Ermənistanda keçirilən kütləvi xalq etirazları aksiyasının təşəbbüskarı, millət vəkili Nikol Paşinyan ötən axşam etdiyi çıxışında bildirib.

 

O, srağagünkü saxlanması barədə açıqlama verib: "MTŞ-nin bir qrup əməkdaşı vaxt məni qaçıranda və Sevan polis şöbəsinə gizlicə aparanda mən onlarla zarafatlaşırdım, onlar başa düşmürdülər. Mən onlara deyirdim ki, Sarkisyanın hakimiyyəti daha yoxdur, Ermənistanda bundan sonra yeni hakimiyyətdir və bu hakimiyyətin adı da - Ermənistan xalqıdır". Onun sözlərinə görə, onu əvvəlcə təcridxanada saxlayırdılar və yüksək vəzifəli şəxslər oraya gəlməyə başlayanda başa düşüb ki, məxməri inqilab baş verib.

 

 

"Bu gün səhər mənə Sarkisyanın oktyabrda istefa verməsinə razılaşmağımı təklif edirdilər. İki saatdan sonra təklif edirdilər ki, bir aydan aprelin 25-də istefa versin. Mən bütün təklifləri dinlədim və öz tələbimi səsləndirdim - Serj Sarkisyan iki saat ərzində istefa verməlidir, elə də oldu", - deyə Paşinyan açıqlayıb. O bununla yanaşı bildirib ki, bundan sonra görüləcək bir neçə məsələ vardır. İkinci addım bundan ibarətdir ki, Ermənistanın Milli Məclisi baş nazir vəzifəsinə xalqın seçəyəi şəxsi tyin edəcək. Bu həftədən sonra baş verəcək. Onadək isə müvəqqəti hökumət qurulacaq və və sonra növbədənkənar parlament seçkiləri keçiriləcək. 

 

"Biz dedik ki, Serj Sarkisyanın getməsinin və hakimiyyətin təhvil verilməsinin şərtlərini müzakirə etməyə hazırıq. Və indi, Sarkisyan uzaqlaşdığına görə, biz çərşənbə günü səhər saat 11-də hakimiyyətin ötürülməsi barədə baş nazir vəzifəsini icra edən Karen Karapetyanla danışıqları davam etdirməyə hazırlaşırıq. Və bu nə qədər tez olsa, o qədər yaxşıdır", - deyə Paşinyan bəyan edib və vurğulayıb ki, "Əgər Serj Sarkisyan ERP (Ermənistanın hakim partiyası-red.) ümid edirsə ki, vəziyyət yaranar və onlar kölgə idarəçiliklərini davam etdirərlər - onları bunu tezliklə unutmağa çağırıram. Xalq qələbə qazanıb və bu qələbə birmənalı olaraq, şərtsiz tanınmalıdır".

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system