NAMAZ VAXTLARI:
  • FƏCR 03:47
  • GÜN 05:28
  • ZÖHR 12:47
  • ŞAM 20:25
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

MÖVQE

Oxundu: 3833
Elşad İskəndərovdan Fazil Mustafaya sillə kimi növbəti geniş cavab

Elşad İskəndərovdan Fazil Mustafaya sillə kimi növbəti geniş cavab

Milli Məclisin deputatı Fazil Mustafa ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sabiq sədri, İslam Əməkdaşlığı Təşkilatı Gənclər Forumunun sədri, səfir Elşad İskəndərov arasında qalmaqal yaranıb

Qalmaqala səbəb Fazil Mustafanın Facebook-da Elşad İskəndərov haqqında status yazması, onu din mövzusunda diletant adlandırması, qonşu ölkənin dini ideologiyasını Azərbaycanda yerləşməkdə ittiham etməsidir.

 

Qeyd edək ki, E.İskəndərov daha əvvəl Facebook səhifəsində təkfirçi düşüncəyə səslənərək, milli-mənəvi dəyərlərimiz qarşısında həddi bilməyə çağırmışdı. E.İskəndərovun bu çağırışında tənqidələrin özünə yönəldiyini əsas götürən Fazil Mustafanı məlum statusu yazmışdı.

 

İslaminSesi xəbər verir ki, Elşad İskəndərovun da deputata cavabı gecikməyib. F.Mustafanın məlum statusundakı məsələyə münasibət bildirən İƏT Gənclər Forumunin sədri Modern.az-ın suallarına cavab verib:


- Bu statusu yazmanız nədən irəli gəlirdi?

 

- Mən zaman-zaman əhəmiyyətli ictimai məsələlərə, xüsusilə köklü milli maraqlarımıza toxunan məsələlərə münasibətimi bildirirəm. Bilirsiniz ki, ölkəmiz ağır geopolitik çəkişmələrin artdığı cografiyada yerləşir. Açıq düşmənlə üz-üzəyik. Bu vəziyyətdə milli həmrəylik və harmoniyaya daha çox ehtiyacımız var. Məhz belə həmrəyliyə zərər vuran məlum təxribat xarakterli yazıyla əlaqədar son günlər sosial şəbəkələrdə yaranmış qeyri-sağlam diskussiyadan yaranan qayğı məni məsələyə tarixi yanaşma prizmasından status yazmağa vadar etdi. Əslində status konseptual problemə toxunur. O, bir tərəfdən Azərbayacanda ənənəvi, yüzillər boyu formalaşmış, məzhəb və təriqətlər fövqündə olan Azərbaycan milli kimliyinin unikal bünövrəsini təşkil edən milli - mənəvi dəyərlərə xor baxılmasının yolverilməzliyinə diqqəti çəkir. Digər tərəfdən isə yüzminlərlə insanın hisslərinə toxunan bu düşüncə sahiblərinin dil uzatdıqları ənənənin arxasında böyük dahilərimizin (özü də məzhəb və dünyagörüşlərindən asılı olmayaraq) olmasını, milli-mənəvi dəyərlərimizin aşağılamasının heç kimin həddində olmadığını xatırlatmaq məqsədi daşıyır. Məsələyə konseptual yanaşma göstərərək ad çəkməsəm də, eyni müstəvidə cavab vermədə aciz qalaraq, bu təxribat xarakterli çıxışların əsas müəllifi Fazil Qəzənfəroğlu deyiləni özünə yaraşdıraraq, məsələnin mahiyyətinə varmadan, özünə xas üzədurma, şərləmə, yalan və etika qaydalarından kənar üslübda öz aləmində buna cavab verib”.


- Fazil Mustafanın statusunda iddia edilir ki əzadarlıq mərasimlərini müdafiə etmək xarici qüvvələrin işinə yarayır. Sizcə bu düzgün yanaşmadırmı ?

 

- Azərbaycanda yüzillərdir mövcud olan Əhli beyt sevgisi və bunun təbii uzantısı olan əzadarlıq ənənəsini sadəcə bir məzhəbə, bu ənənəvi məzhəbin yüzminlərlə inanclısını isə xarici qüvvəyə bağlamaq elə millətimizin mənəvi həyatı və xüsusilə dindarlar üzərində “ağa”lıq iddiasında olanların dəyirmanına su tökməkdir. Əlbəttə, ənənəvi dindarlıqda da, bütün başqa cərəyanlarda olduğu kimi, ifrat-təfritə varanlar ola bilər. Amma inanc kimi həssas sahədə xürafatla mübarizə aparmaq, insanları məsxərəyə qoymaqdan deyil, onları elmi, zamanəyə uyğun təfəkkürə dəvətdən keçir. Böhtan və şər sözlərlə “maarifçilik etmək” isə zəlil və sözünə dəlil tapa bilməyənin, dinləyicilərini beyinsiz hesab edərək bu cür böhtanlarla reytinq qazanmaq istəyənlərə xas olan bir davranışdı.

 

- Siz Komitəyə rəhbərlik etdiyiniz dövrdə xurafat və ifratçılıqla mübarizə sahəsində hansı addımlar atılıb?

 

- Öncə qeyd edim ki, Fazil Qəzənfəroğlunun əsassız iddiasından fərqlı olaraq, Dini Komitə sədri olarkən onlarla müsahibələrim, çıxışlarım, o cümlədən dövlətin mövqeyi ilə razılaşmayanlarla açıq diskussiya tərzində söhbtlərim olub və sərbəst çıxışlardan heç vaxt çəkinməmişəm. İkincisi, son 20 ildən artıqdır fəaliyyətim dövlətimizə xidmət və görəvdə keçir. Bu görəvlərdə təşəbbüs və təşkilatçılığımla onlarla elmi, yüzlərlə publlisistik nəşr və konfrans materialları dərc olunub ki, onlar həm də mənim aşkar və sərbəst bildirdiyim mövqe və yanaşmam hesab oluna bilər. O cümlədən Komitəyə sədrlik dövrümdə, qurumun birbaşa iştirakı ilə onlarla nəşr işıq üzü görüb ki, onlardan həm ölkə daxilində milli-mənəvi dəyərlərimizin, həm də beynəlxalq müstəvidə Azərbaycan dini tolerantlıq modelinin tərənnümündə bü gün də səmərəli şəkildə istifadə olunur. Mövzuyla əlaqədar dərindən maraqlananlara, bu nəşrlərdən birini – redaktəmlə hazırlanmış “Azərbaycan və Əhli beyt irsi ” kitabını oxumağı məsləhət görərəm.

 

Bütün bu nəşr, konfrans, silsilə maarifçilik tədbirləri ölkədə məzhəblərarası birliyin təmin edilməsi, radikal düşüncələrin önünün alınması, xarici dini təsirin neytrallaşdırılması, o cümlədən əzadarlıq mərasimlərində xürafat və ifratın aradan qaldırılmasına yönəlib. Və indi bunları görməyən, gah Əhli-beyt irsinə, gah Şah ismayıl şəxisyyətinə, gah Babəkə dil uzadan, gah Qərb, gah Feto, gah müxalifət maşalığını edən birisinin mənim fəaliyyətimi öz aləmində ittiham etməsi vicdan və əxlaqdan kənar yanaşmadan başqa bir şey deyil.

 

- Bu xətt Forumadakı fəaliyyətinizdə də davam etdirmisinizmi?

 

-Şübhəzsiz. Hər cür məzhəb və təriqətlərin mövcud olduğu 56 müsəlman ölkəsinin üzv olduğu İƏT Gənclər Forumu kimi bir beynəlxalq qurumun həm Baş katibi, həm sədri vəzifəsinə yekdilliklə seçilmişəmsə, deməli fəaliyyətim birləşdirici amillər üzərində qurulub. Bundan başqa öz aralarında belə dərin çəkişmələri olan ölkə nümayəndələri arasında məhz “Qüds-gənclik paytaxtı” programmımız çərçivəsində təmin etdiyim birlik səbəbilə, İƏT ölkələri gənclik sahəsində həmrəyliyin gücləndirməsinə görə “Qüdsün ulduzu” ali fəxri nişanı ilə təltif edilmişəm. Əlbəttə ki, bu beynəlxalq quruma rəhbərlik dövrümdəki fəaliyyətimə ən yüksək dəyərləndirmə mənim üçün Forumun fəaliyyətinə bu ilin aprel ayında cənab Prezident tərəfindən verilən yüksək qiymət oldu.

 

- Statusunuzun yazılmasında Fazil Mustafanın adını çəkməkdən nədən çəkinmisiz?

 

- O kimdir ki firkimi söyləməkdə ondan çəkinim? Mən Qəzənfəroğlunu alçalda biləcək, onun qaranlıq və yaralı keçmişinə, onu yetişdirən xarici qum və dibçəklərə, özü də faktlarla, nəzər salmaq istəməzdim – ilk növbədə buna elə onun bəyənmədiyi etiqadım izin vermir. Amma çəkinən o adam olmalıdır ki, əqidəsini və liderini “siyasi zərurətə” görə dəyişə. Şükürlər olsun nə əqidəmi dəyişmişəm, nə də xarici qumlarda yetişənləri yanıma salıb şübhəli xarici turnelərə çıxmamışam. Nə 2013-cü il prezident seçkiləri öncəsi dindarları dağıdıcı müxalifətin yanına çəkmək istəyən radikallarla açıq müstəvidə qarşıdurma zamanı çəkinməmişəm, nə məscidlərimizi təkfirçilərin işğalından təmizlərkən onların təhdidlərindən qorxmamışam, nə də FETO-nun qaralama və mənəvi terror kampaniyası ilə üzləşəndə mövqeyimdən dönməmişəm. İndi bunların hamısına müxtəlif zamanlarda sözcülük və maşalıq etmış birisindənmi çəkinəcəm ?

 

Öz statusunda mənə xitabən “bizimlə mübahisəyə girmək cəsarətini alqışlayıram” deməsi müəllifin özündən nə dərəcədə müştəbeh və təkəbbürlü olmasını göstərdiyi kimi, bu iddiası da həmin məfkürəsinin məhsuludur. Ramazan ayında bu zavallıya böyük quruluşdan öncə həqiqi böyük gurtuluş təmənni edirəm, insanlarımızı belə fitnə qarşısında ayıq olub, təxribatlara gedərək tarixi naliyyətimiz olan milli və dini birliyimizə xələl gətirməməyə çagırıram.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR MÖVQE XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system