NAMAZ VAXTLARI:
  • FƏCR 03:47
  • GÜN 05:28
  • ZÖHR 12:47
  • ŞAM 20:25
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 304
“Əl-həmdu lillah” zikrinin tərcümə və təfsiri

“Əl-həmdu lillah” zikrinin tərcümə və təfsiri

Ayə və hədislərə, bir də sağlam əqlə əsasən ən üstün zikr qəlbdən nəşət tapan və dillə izhar olan zikrdir.

İslamınSesi.info – Həmd və sitayiş yalnız  Mütəal Allaha məxsusdur. Allaha hədm etməyin bir neçə yolu vardır ki, bunlarda dil və qəlb zikrlərini qeyd etmək olar. Qəlb şükrü insanın qəlbən dərk edib, tam qəlbi ilə şükr etməsindən ibarətdir. Dil zikri isə dillə deyilən ayə və zikrlərdir. Ayə və hədislərə, bir də sağlam əqlə əsasən ən üstün zikr qəlbdən nəşət tapan və dillə izhar olan zikrdir.

 

Qurani Kərim yol göstərən və hidayət edən kitab olaraq zikr və dualarla zəngindir. Bu zənginliklərdə biri də insana şükr etməyi öyrədən ayələrdir. Bu ayələrdən biri də “Ummul-kitab” olan Fatihə surəsinin əvvəlinci ayəsi olan “Əl-həmdu lillahi rəbbil aləmin” ayəsidir.

 

الْحَمْدُ للّهِ رَبِّ الْعَالَمِينَ

 

Qeyd olunan ayənin təfsirində qeyd olunur ki:

 

الْحَمْدُ kəlməsi özündə iki əsas mənanı: Şükr və sitayiş mənalarını ifadə edir. Yəni həm şükür, həm də şükrlə bərabər sitayiş yalnız Allaha məxsusdur. Ən üstün şükr, ən xalis zikr və ibadət yalınz Allaha məxsusdur.

 

اللّهِ kəlməsinə ləfzi-cəlalə də deyilir. Yəni Mütəal Allahın xüsusi adı mənasındadır. Bu ad yalnız Allaha məxsusdur.

 

رَبِّ Rəbb kəlməsi lüğətdə tərbiyəçi mənasındadır. Allah Təalaya nisbət verildikdə isə malik, sahib mənasındadır. Məxluqatın sahibi və işləri yönəldən deməkdir. Çünki rəbb sahib olmaqla yanaşı həmçinin bütün yaradılışı diri tutan, onları yönəldən mənasını da ifadə edir.

 

الْعَالَمِينَ – Aləmin ifadəsi aləm sözünü cəmidir və aləmlər kimi tərcümə olunur. Təfsirə əsasən aləm kəlməsi məxluqat, aləmin kəlməsi isə cəmi ifadə edərək bütün məxluqat mənasındadır. Yəni Allah Təala bütün yaranmışların rəbbi, onları var edən və işlərinə tədbir tökən mənasındadır. Necəki bu məna Əraf surəsinin 54-cü ayəsində öz əksini tapır:

 

أَلَا لَهُ الْخَلْقُ وَالْأَمْرُ ۗ تَبَارَكَ اللَّهُ رَبُّ الْعَالَمِينَ

Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)!

(Nurus-səqəleyn təfsiri)

 

Yaşar Nuriyev

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system