DÜNYA

Oxundu: 107
Dünyanın müxtəlif ölkələrində Şeyx Zəkzakiyə azadlıq tələbləri

Dünyanın müxtəlif ölkələrində Şeyx Zəkzakiyə azadlıq tələbləri

Qeyd edək ki, Şeyx Zəkzaki Nigeriya İslam Hərakatının lideridir və 2015-cı il dekabrın 12-də Nigeriya ordusunun Şeyx Zəkzakinin evinə və “Zariya” hüseyniyyəsinə etdiyi silahlı hücum zamanı 1000-ə yaxın müsəlman öldürülmüş, Şeyx Zəkzaki və həyat yoldaşı yaralanaraq həbs etmişdilər.

İslaminSesi.info – Alkawthar.tv-yə istinadən bildirir ki, dünyanın bir çox ölkələrində, o cümlədən Böyük Britaniyada, İsveçrədə, Türkyədə, Pakistanda vətəndaşlar Şeyx İbrahim Zəkzakiyə azadlıq tələbi ilə küçələrə çıxıblar.

 

Həmçinin azadlıq tələb edən etirazçılar Londonda Nigeriyanın diplomatik nümayəndəliyinin qarşısında, o cümlədən Beynəlxalq Millətlər Təşkilatının Cenevrədəki binası qarşısında Şeyx Zəkzakiyə azadlıq şüarları səsləndiriblər.

 

Qeyd edək ki, Şeyx Zəkzaki Nigeriya İslam Hərakatının lideridir və 2015-cı il dekabrın 12-də Nigeriya ordusunun Şeyx Zəkzakinin evinə və “Zariya” hüseyniyyəsinə etdiyi silahlı hücum zamanı 1000-ə yaxın müsəlman öldürülmüş, Şeyx Zəkzaki və həyat yoldaşı yaralanaraq həbs etmişdilər.

 

Şeyx Zəkzakinin və həyat yoldaşının həbsi hələ də davam edir. İnformasya agetliklərinin yaydığı xəbərlərə əsasən Şeyx Zəkzakinin həbs olundugu gündən bəri ağır məhkumluq həyatı nəticəsində səhəti çox ağırlaşıb, hətta iflic olmaq və görmə qabiliyyətini itirmək təhlükəsi vardır.

 

Onu da qeyd edək ki, 2016 ilin dekabr ayında Nigeriyanın Ali Məhkəməsi  Şeyxin və həyat yoldaşının hədsinin qeyri qanuni olduğunu bildirib.

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system