NAMAZ VAXTLARI:
  • FƏCR 03:46
  • GÜN 05:27
  • ZÖHR 12:47
  • ŞAM 20:26
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 160
Dünya ölkələrində 3 Qrəb dövlətinin Suriyaya təcavüzünə qarşı etiraz aksiyaları keçirilib

Dünya ölkələrində 3 Qrəb dövlətinin Suriyaya təcavüzünə qarşı etiraz aksiyaları keçirilib

Amerikanın Los-Anceles və Vaşinqton şəhərləri, Cənubi-Amerikanın və Yaxın Şərqin bir sıra ölkələri 3 Qərb dövlətinin Suriyaya təcavüzünü kütləvi etiraz aksiyalarla pisləyiblər.

İslaminSesi.info Sumariya Agentliyinə istinadla xəbər verir ki, İraqda əl-Əhrar fraksiyasının lideri Müqtəda Sədrin birbaşa iştirakı ilə Bağdadın mərkəzində kütləvi aksiyalar keçirilib.

 

İraq və Suriyanın bayrağının dalğalandığı bu aksiyalarda Amerika, Britaniya və Fransanın Suriyaya hücumu kəskin pislənilib.

 

Amerikanın Los-Anceles və Vaşinqton şəhərləri, Cənubi-Amerikanın və Yaxın Şərqin bir sıra ölkələri də 3 Qərb dövlətinin Suriyaya təcavüzünü kütləvi etiraz aksiyalarla pisləyiblər.

 

Qeyd edək ki, ötən həftənin şənbə günü ABŞ, Fransa və Britaniya BMT TŞ-ın qərarı olmadan və hətta öz ölkələrinin parlamentlərinin icazəsinin və Kimyəvi Silahları Qadağan edən Təşkilatın qərarı olmadan Suriyaya 110 raket atıblar. Nəticədə Suriyada bir sıra elmi və hərbi mövqelərə xəsarət dəyib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə atılan 110 raketdən 71-i səmada ikən vurulub.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system