NAMAZ VAXTLARI:
  • FƏCR 03:47
  • GÜN 05:28
  • ZÖHR 12:47
  • ŞAM 20:25
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

REPORTAJ

Oxundu: 8949
"

Döyüş dostlarının nəşini şəhidliyi bahasına düşmənə təhvil verməyən qəhrəman – Şəhid Babək Abidov

Əgər qəlbində torpağına sevgi, vətəninə məhəbbət yoxdursa, mahir döyüşçü olsan da, heç nəyə nail ola bilməyəcəksən. Qəlbində olan vətən məhəbbəti isə səni döyüşdən-döyüşə, səngərdən-səngərə, zirvədən-zirvəyə aparacaq. Bu zirvələri fəth edən və torpaq uğrunda canından keçən şəhid Babək Abidov kimi...

Müharibənin amansız üzünü körpəlikdən tanıyan, laylası atəş səsləri altında çalınan , hələ beşikdəcə əsgər olan vətən oğulları var ki, onlar bir qarış torpaq uğrunda canlarından keçməyi hər zaman üstün tutublar. Çünki vətən sevgisi bütün sevgilərin önündə gəlib ana yurdunu sevən qəhrəman oğullarçün. Necə deyərlər əgər qəlbində torpağına sevgi, vətəninə məhəbbət yoxdursa, mahir döyüşçü olsan da, heç nəyə nail ola bilməyəcəksən. Qəlbində olan vətən məhəbbəti isə səni döyüşdən-döyüşə, səngərdən-səngərə, zirvədən-zirvəyə aparacaq. Bu zirvələri fəth edən və torpaq uğrunda canından keçən şəhid Babək Abidov kimi...

 

1992-ci ilin gözəl bir yaz günündə dağ kəndi olan Zeyvədə dünyaya göz açmışdı Babək Abidov. Laylası atəş səsləri altında çalınmasa da, müharibənin acı fəsadları onun doğulduğu Şabran rayonuna qədər çatmışdı. Doğma rayonundan neçə-neçə igid oğul şəhidlik zirvəsinə ucalmışdı qarabağ döyüşlərində... Odur ki, Babək hələ uşaq yaşlarından ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşilikləri eşidərək yaddaşına həkk etmiş və intiqam hissi ilə alışıb-yanmışdı. Məhz bu hisslər onu düz ön cəbhəyə qədər gətirib çıxardı. Babək əsgərlikdə olarkən hərbi xidmətdə fərqləndiyi üçün komandirindən təşəkkürnamə aldı və xüsusi təyinatlı dəstədə təhsilini davam etdirərək gizir rütbəsi ilə təltif edildi.

 

Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri Babək Abidov cəbhədə xidmət etdiyi dövr ərzində göstərdiyi qəhrəmanlıqlarla yadda qalıb. Onun ən böyük qəhrəmanlığı isə 2016-cı ildə Aprel döyüşləri zamanı oldu. Babək Abidov öz döyüş yoldaşının cansız bədənini düşmənə təslim etməyərək qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Şəhidlik onun həyatının ən uca zirvəsinə çevrildi. Göstərdiyi qəhrəmanlığa görə, Babək Abidov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.


“İslaminSesi” olaraq “Şəhid Haqqı” layihəsinin növbəti ünvanını şəhid Babək Abidovun böyüyüb boya çatdığı Şabran Rayonu Zeyvə kəndinə saldıq. Əziz şəhidimizlə bağlı hazırladığımız sənədli filmi oxucularımıza təqdim edirik.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR REPORTAJ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system