NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:52
  • ZÖHR 12:45
  • ŞAM 19:55
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 1253
Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (35-ci hissə)

Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (35-ci hissə)

1968-ci ildə Yəməndə dünyaya gələn İsam əl-İmad Səudiyyə Ərəbistanının universitetlərində təhsil almış və Bin Baz kimi öndə gələn sələfi alimlərindən dərs almış vəhhabi alimi idi.

İslaminSesi.info - O, şiəliklə tanış olduqdan sonra bu məzhəbi seçib. Təhsilini 1989-cu ildən bəri müqəddəs Qum şəhərində davam etdirən Doktor İsam əl-İmad bir çox kitab qələmə almış mühüm tədqiqatçıdır. İslaminSesi Medyaşafak-a istinadla tanınmış alimin Nasr TV-də yayımlanmış "Sələfiliyə 100 Sual" proqramlarının tam tərcüməsini ardıcıllıqla təqdim edir.


Bismillahir-Rəhmanir-Rəhim. Allahın salamı Rəsuluna və tər-təmiz Əhli-Beytinə (ə) olsun.

 

MƏSƏLƏ- 69

 

Toplantılarmızda İmam Əliyə (ə) iftiralar yağdırırdıq!

 

Biz müasir Sələfilər olaraq Şeyx Haris əş-Şəvkani, Şeyx Həsən Həkimi və Nüsrət Taha Hocaın iştirakı ilə Qziı Əhmər əl-Hicrinin evində keçirdiyimiz toplantılarda, İmam Əlini (ə) tənqidlərin hədəfinə alırdıq! Bu iclaslarda İmam Əlinin pisləndiyi və qaralandığını şəxsən bilən bir şəxs kimi 20-ci əsrdə İmam Əliyə düşmənçilik edən kimsənin mövcud olmadığı iddiasını rədd edirəm!

 

İraqlı Əhli-Sünnət İmamı əl-Qubeysinin canlı yayım zamanı Nasıp-ı (Əhli Beyt düşməni) olduğunu söyləməsi, sözlərimi dəstəkləyən nümunələrdən biridir. Sadəcə Qubeysi deyil, İraqdakı Enbar xalqı arasında da Nasıbiler mövcuddur. Elə isə bu, qəribə bir ziddiyyətdir.

 

Bəzi Sələfilər, Əhli Beytin məqamının şişirdildiyə inanır, ancaq özlərinin Əhli Beyt düşmənçiliyi etdiyini əsla qəbul etmirlər! Mən də cəsarətlə deyə bilərəm ki, eynilə Qubeysi kimi mən də Nasıp-ı idim. İmam Əlini (ə) pisləyir, hətta Ondan nifrət edirdim! Xalid Şəvkaninin də iştirak etdiyi bu tədbirlərdə bizimlə birlikdə Həzrət Əlinin necə rədd olunduğuna şahid olan bir çox insan var. Abdullah Haşim el-Seyani də bu şahidlərdən biridir. Mən,Seyid Qütbün İmam Əlini müdafiə edən kitablarını, Siddiq Gımarinin "İmam Əli- Ariflərin İmamı" və ya İxvan-ı Müslimin sədr müavini Əhməd Həsən el-Bakurinin "İmam Əli- İmamların İmamı" kimi kitablarını oxumağa başlayanda, Onun (ə) haqqındakı baxışımı tamamilə yeniləmək lazım olduğunu fərq etdim.

 

Əlbəttə, mən bütün sələfilərin Əli (ə) düşməni olduğunu deməkdən Allaha pənah aparıram. Ancaq sələfilərin bir hissəsinin Nasıbı olduğunu qeyd etmək lazımdır. Təəssüf ki, mən də bu Nasıbilərdən biriydim. Bu səbəblə Sələfi sırasında yer alan bəzi insanların İmam Əlidən (ə) nifrət etdiklərini və hər halda da bunun işarələrini verdiklərini deyə bilirəm.

 

Məsələn, mən Sələfi ikən, Əli (ə) düşməni olduğumu fərqində deyildim, ancaq bu cümləni tez-tez təkrar edirdim: "Əgər İmam Əli (ə) Rasulullahın (s) vaxtında qətlə yetirilsəydi, İslam bu qədər müsibətə məruz qalmazdı"! Mən İslamın başına gələn bütün bəlaların və Müsəlmanların ixtilafa düşməsinin yeganə səbəbkarının İmam Əli və övladları (ə) olduğunu zənn edirdim!

 

MƏSƏLƏ- 70

 

Hələ də, İmam Hüseynin (ə) şəhadətindən xəbərsiz insanlar var!

 

İmam Hüseynin (ə) şəhid edildiyini bilməyən Müsəlmanların varlığı bugünkü mövqeyimizdən biridir. Bəzi təbəqələr, belə qəti bir faktın bir Müsəlman tərəfindən bilinməməsinin mümkün olmadığını deyir. Mən də təcrübəmə əsaslanaraq, Həzrət Hüseynin (ə) öldürüldüyündən xəbəri olmayan Müsəlmanlar olduğunu müdafiə edirəm.

 

 Mən özümü bildiyimdən Sələfi məktəbində olmuşam. Mənim böyüdüyüm və hələ də anam ilə qardaşlarımın yaşadığı ev, Sələfi qız məktəbidir. "Sələfi Qızlar üçün Həzrət Xədicə İnstitutu" adı ilə yaradılıb. Mən evlənənə qədər bu evdə yaşamış, bu institutda evlənmiş və ilk illərdə burada qalmışdım. Atam isə Sənada ilk Sələfi qız məktəbini yaradan şəxsdir. Bundan başqa, kənddəki ilk Sələfi uşaq məktəbini açan şəxs də mənim atamdır. Əmim isə, İxvan hərəkatının banilərindəndir.

 

Şiə məzhəbinə yeni keçdiyim günlərdə böyük bacım Nəbilənin həyat yoldaşı ilə Həzrət Hüseyn (ə) haqqında danışanda, mənə "Hüseyn öldürülmədi" deyərək qarşı çıxmışdı. Qeyd etdiyim məsələ iyirmi il əvvələ söykənir. Hazırda peyk kanallarının yayıma başlamasından sonra, belə hallar, əlbəttə, meydana gəlmir, çünki Şiə məktəbində nəşr edən bu kanallardan sonra bir çox insan Həzrəti Hüseynin (ə) şəhadətini öyrənmiş oldu. Bacımın yoldaşı iyirmi il əvvəl mənə, Həzrət Hüseynin evində öldüyünü və şəhid olmadığını iddia etmişdi. Mənə, "Hüseynin öldürüldüyünü sənə kim deyib? Bu İranlıların fikridi?" deyə soruşmuşdu. Demək ki, Hüseynin (ə) öldürüldüyünü hər kəs bilmirmiş!

 

Suriya müftisi Şeyx əl-Hassun onillər boyu "Mən böyük şeyxlərin yanında oxudum və Hüseynin (ə) öldürüldüyünü bilmirdim" dedi. Qeyd edim ki, mənim Şeyx Osman Xamis ilə dörd ay davam edən müzakirələrim nəticəsində bəzi Sələfilər Şiə oldular. Doktor Əmrə Məğribi də bunlardan biridir.

 

 Doktor Məğribi mənə belə danışmışdı: "10 Məhərrəm idi. Anam mənə zəng edib və bu gün bayramdı, sənə bayramlaşmaq üçün zəng etdim" - dedi. Mən də ona "Bu Gün Hüseyn qətlə yetirildi gündü, bu günü bayram bilmə, bu gün Hüseyn üçün ağla"! dedim. Bu da o deməkdir ki, Əməvi mediyası 20-ci əsrdə İmam Hüseynin (ə) şəhadətini insanlardan gizlətməyi bacarmışdır.

 

 Əgər bu Şiə kanalları, sosial şəbəkələr və Hüseyni məclislər olmasaydı Hüseynin (ə) qətli bir dəstənin nağılı olaraq bilinəcəkdi! Bəli, Vəhhabi tədris planında İbn Teymiyyenin "Hüseyn öldürülüb" yazdığını oxumuşduq, amma "Minhacüs-Sünnənı" kim oxuyur ki? Bütün Sələfilər bu kitabı oxuyur mu? Əgər araşdırsanız, çoxu Sələfinin Minhacüs-Sünnə kitabından xəbəri belə olmadığını siz də görəcəksiniz.

 

Davamı var...

 

Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (I bölüm)

 

Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (II bölüm)

 

Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (III bölüm)

 

Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (IV bölüm)

 

Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (5-ci hissə)

 

Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (6-cı hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (7-ci hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (8-ci hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (9-cu hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (10-cu hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (11-ci hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (12-ci hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (13-cü hissə)


 Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (14-cü hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (15-ci hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (16-cı hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (17-ci hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (18-ci hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (19-cu hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (20-ci hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (21-ci hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (22-ci hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (23-cü hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (24-ci hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (25-ci hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (26-cı hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (27-ci hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (28-ci hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (29-cu hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (30-cu hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (31-ci hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (32-ci hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (33-cü hissə)


Doktor İsam əl-İmad: Sələfiliyə 100 sual (34-cü hissə)

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system